Avropada qazın qiyməti düşüb
Dünya xəbərləri

Avropada qazın qiyməti düşüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1000 kubmetrinin qiyməti 375 ABŞ dollarınadək enib.

“Respublika” xəbər verir ki, 10 iyul tarixində avqust fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 375,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (377,3 dollar) ilə müqayisədə 0,6% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.