Rusiyada nağılların federal reyestri yaradılacaq
Dünya xəbərləri

Rusiyada nağılların federal reyestri yaradılacaq

Rusiyada “qeyri-maddi etno-mədəni irs obyektlərinin” federal reyestrinin yaradılması nəzərdə tutulur.

"Respublika" xəbər verir ki, bu barədə ölkənin baş naziri Mixail Mişustin fərman imzalayıb.

Bildirilib ki, reyestr nağıllardan, dastanlardan, rəqslərdən, ayinlərdən, adət-ənənələrdən ibarət olacaq. Bundan başqa, siyahıda bu və ya digər obyektin mənşəyi, mövcud olduğu ərazi, orjinal ənənəvi mədəniyyətin daşıyıcıları və qoruyucuları haqqında məlumatlar əks olunacaq. Reyestrin operatoru Rusiya Mədəniyyət Nazirliyi olacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".