Mariya Zaxarovadan Ağ evə “müharibə cinayəti” mesajı
Dünya xəbərləri

Mariya Zaxarovadan Ağ evə “müharibə cinayəti” mesajı

ABŞ-da qəbul edilən “Kaset sursatlarından istifadə” ilə bağlı bəyanat müharibə cinayətidir”.

“Respublika” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Mariya Zaxarova sosial media hesabından verdiyi açıqlamada Ağ Evin keçmiş sözçüsü Cen Psakinin 28 fevral 2022-ci ildə “Kaset sursatlarından istifadə etmək müharibə cinayətidir” dediyini də diqqətə çatdırıb.

Bir il yarım sonra ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Ağ Evdə keçirdiyi mətbuat konfransında Ukraynaya kaset bombaları göndərmək niyyətlərinin olduğunu qeyd edib. Zaxarova məhz bununla bağlı Ağ Evin sözçüsü Karine Jan-Pierredən açıqlama gözlədiklərini bildirib.

Nurlan ABDALOV,

“Respublika”.