Azərbaycan “Beynəlxalq Sığorta Sərgisi və Konqresi”ndə təmsil olunur
Siyasət

Azərbaycan “Beynəlxalq Sığorta Sərgisi və Konqresi”ndə təmsil olunur

Noyabrın 13-də Türkiyənin Antalya şəhərində ənənəvi təşkil edilən "Beynəlxalq Sığorta Sərgisi və Konqresi"nin təntənəli açılışı olub.

Azərbaycan Mərkəzi Bankından "Respublika"-ya bildirilib ki, “Güclü iqtisadiyyat üçün güclü sığorta" şüarı ilə keçirilən konqres bu il "İnkişaf edən informasiya texnologiyaları fonunda sığorta sektorunun gələcəyə dair yeni inkişaf imkanları" mövzusuna həsr olunub.

Mərkəzi Bankın baş direktoru Ziya Əliyev, Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayevin rəhbərliyi ilə nümayəndə heyəti və digər yerli sığorta sektoru iştirakçılarının dəvətli olduğu konqresdə 30-dan çox ölkənin sığorta sektorunun təmsilçiləri iştirak edirlər.