Azərbaycan əhalisinin sayı 10 milyon 145 min 81 nəfərə çatıb
Sosial həyat

Azərbaycan əhalisinin sayı 10 milyon 145 min 81 nəfərə çatıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 25 min 948 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 145 min 81 nəfərə çatıb.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

AZƏRTAC