“Qatar Open” turnirində iştirak edəcək Azərbaycan şahmatçıları bəlli olub
İdman

“Qatar Open” turnirində iştirak edəcək Azərbaycan şahmatçıları bəlli olub

Bu gün Dohada şahmat üzrə “Qatar Open” turnirinə start veriləcək.

"Respublika" xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda Azərbaycanı Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Read Səmədov, Gülnar Məmmədova və Xanım Balacayeva təmsil edəcək.

155 şahmatçının iştirak edəcəyi turnir İsveçrə sistemi üzrə keçiriləcək. 9 turdan ibarət yarışda Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ) və Aniş Giri (Niderland) də mübarizə aparacaq.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 110 min ABŞ dolları təşkil edir.