Türkiyə Kuboku:
İdman

Türkiyə Kuboku: "Beşiktaş", "Fənərbağça" və "Qalatasaray"ın rəqibləri bəlli olub

Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.

"Respublika" xəbər verir ki, İstanbul nəhənglərindən "Fənərbağça" bu turda "Qaziantep"lə, "Qalatasaray" "Bandırmaspor"la, "Beşiktaş" isə "Antalyaspor"la üz-üzə gələcək.

Bundan əlavə, bu mərhələdə "Sivasspor" - "Konyaspor", "Başakşəhər" - "Hatayspor", "Gənçlərbirliyi - "Trabzonspor", "Karagümrük" - "Samsunspor", "Ankaragücü" - "24 Ərzincanspor" matçları da baş tutacaq.