Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və gümüş medal qazanıblar
İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və gümüş medal qazanıblar

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.

"Respublika" xəbər verir ki, sinxron proqramda Ayan Şabanova və Samirə Hüseynova qızıl medal qazanıblar.

Fərhad Mustafayev və Ömər Qasımlı isə fəxri kürsünün ikinci pilləsinə qalxıblar.