Dünya çempionatı: Bu gün Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
İdman

Dünya çempionatı: Bu gün Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq

Bu gün Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatına yekun vurulacaq.

"Respublika" xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində təşkil olunan mundialın son günündə Azərbaycanın beş yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.

Nihad Quluzadə (60 kiloqram), Həsən Məmmədli (67 kiloqram), Qurban Qurbanov (77 kiloqram), Laçın Vəliyev (87 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) öz qüvvələrini sınayacaqlar.

Azərbaycan yığması dünya çempionatında 10-u qızıl, 2-si gümüş və 6-sı bürünc olmaqla 18 medal qazanıb.