Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüs Qədim şəhərini gəziblər
Sosial həyat

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüs Qədim şəhərini gəziblər

Mayın 22- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva Vilnüs Qədim şəhərini gəziblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına birinci xanıma Vilnüs Qədim şəhərinin tarixi haqqında məlumat verildi.

Bildirildi ki, Vilnüs Qədim şəhərin arxitekturasında keçmişin gələcəyin vəhdəti hiss olunur. Şimali Avropanın Orta əsrə aid ən böyük şəhərlərindən sayılan Vilnüsün Qədim şəhər hissəsinin sahəsi təqribən 3,6 kvadratkilometrdir. Burada Avropanın ən qədim qotik, intibah, barokko neoklassik memarlıq üslublarında inşa olunmuş binalar bir-birini tamamlayır. Ən mükəmməl memarlıq komplekslərindən biri Qədim şəhərin böyük bir hissəsini tutan 13 həyəti olan Vilnüs Universiteti Memarlıq Ansamblıdır.

Qeyd olundu ki, Vilnüs Qədim şəhərinin universal dəyəri orijinallığı nəzərə alınaraq 1994- ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib. Litvanın paytaxtına gələn qonaqlar mütləq Qədim şəhərlə tanış olurlar. Çünki Vilnüsün digər yerləri ilə müqayisədə Qədim şəhərdə diqqət cəlb edən memarlıq abidələri daha çoxdur.

AZƏRTAC