Azərbaycan qazının ixracı artırılacaq
İQTİSADİYYAT

Azərbaycan qazının ixracı artırılacaq

Bolqarıstan  ildə təxminən 3 mlrd. kubmetr qaz idxal etdiyini, qlobal qaz qiymətlərinin artmasının təsirini azaltmaq üçün  oktyabr ayından etibarən Azərbaycan qazının idxalını artıracaq.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsindən verilən məlumata görə, hazırda Bolqarıstan Azərbaycandan ildə 1 mlrd. kubmetr qaz idxalı ilə bağlı müqavilənin yalnız bir hissəsini yerinə yetirir, çünki qazın Bolqarıstana nəql edilməli olduğu boru kəməri - Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəməri (IGB) hələ də tikilməkdədir və onun gələn ilin iyulunda istismara verilməsi gözlənilir.

Qeyd olunur ki, bu ilin yanvar-sentyabr aylarında Bolqarıstan 225 mln. kubmetr Azərbaycan qazı idxal edib. Oktyabr ayından isə Bolqarıstan Azərbaycandan qazın idxalını üçdə bir qədər artıracaq.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.