Azərbaycan QHT-ləri mina problemi ilə əlaqədar BMT Baş katibinə müraciət ünvanlayıb
Digər xəbərlər

Azərbaycan QHT-ləri mina problemi ilə əlaqədar BMT Baş katibinə müraciət ünvanlayıb

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı Mina Fəaliyyətinə Yardım Günü ilə əlaqədar BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıblar.

AZƏRTAC müraciəti təqdim edir. Müraciətdə deyilir:

Hörmətli Baş katib.

Hamıya məlumdur ki, minalar partlamamış hərbi sursatlar dövrümüzün ən ciddi texnogen problemlərindəndir. 2005-ci ildən etibarən 4 aprel Beynəlxalq Mina Xəbərdarlığı Mina Fəaliyyətinə Yardım Günü kimi qeyd edilir. Bu gün insanlar qlobal minalarla mübarizə cəmiyyətinin fədakarlığını, minalar partlamamış hərbi sursatlar haqqında məlumatlılığın vacibliyini qeyd edirlər.

Azərbaycan minalar partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələrdən biridir. Təəssüf ki, biz minalar partlamamış hərbi sursatların yaratdığı təhlükə qorxu ilə tanışıq. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı zamanı Ermənistanın minalardan istifadə etməsi bu gün dinc əhali üçün böyük təhlükə yaradır. Son 30 ildə mina qurbanlarının ümumi sayı 3368 nəfərdir. Münaqişənin bitdiyi 2020-ci il 10 noyabr tarixindən bəri isə 501 nəfər həlak olub, 238 nəfər yaralanıb.

Humanitar minatəmizləmə fəaliyyəti Azərbaycan üçün əsas prioritetdir. QHT-lərlə tərəfdaşlıq, qabaqcıl texnologiya, maarifləndirmə, qadın minatəmizləmə qrupları mina qurbanlarına yardım proqramları vasitəsilə minatəmizləmə potensialının gücləndirilməsi istiqamətində böyük səylər davam etdirilir. Ölkəmiz humanitar minatəmizləmə sahəsində fəaliyyət göstərən bir sıra əsas qurumlarla, o cümlədən sizin rezident əlaqələndirici ofisiniz, UNICEF, BMTİP digərləri ilə tərəfdaşlıq edir. Həmçinin Azərbaycan öz təcrübəsini bölüşür. 2023- il may ayının sonunda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olması üzrə minatəmizləmə fəaliyyətinin bir hissəsi olaraq İkinci Beynəlxalq Minatəmizləmə Konfransı keçiriləcək. Biz humanitar minatəmizləmənin sülhün qurulması prosesindəki böyük potensialına inanırıq.

Biz, həmçinin digər donorlara maliyyə dəstəyinə görə minnətdarıq. Qeyd etmək lazımdır ki, QHT-lərlə tərəfdaşlıq beynəlxalq yardımın mühüm tərkib hissəsidir. Bununla belə, ölkəmizə verilən vəsait mina terrorunu dayandırmağa, kişi, qadın uşaqların ölümünün yaralanmasının qarşısını almağa demək olar ki, kifayət etmir.

Azərbaycanın işğaldan azad olunmuş əraziləri müharibə nəticəsində mülki şəxslərə mina partlamamış hərbi sursatların törədə biləcəyi təhlükə barədə ciddi xatırlatma hesab edilə bilər. Minatəmizləmə fəaliyyəti ərazilərin bərpası yenidən qurulması işləri üçün çox vacibdir. Minalar partlamamış hərbi sursatlar məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur. Minatəmizləmə həm Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas ilkin şərtlərdən biridir. Məhz bu səbəbdən Azərbaycan minatəmizləmə üzrə milli DİM tətbiq etmək qərarına gəlib. Minalar partlamamış hərbi sursatlar mülki əhali üçün təhlükə yaradır bütün dünyada sosial-iqtisadi tərəqqiyə mane olur. Qlobal miqyasda DİM-lərə nail olmaq üçün minalardan təmizləməni təşviq etmək vacibdir. Azərbaycan humanitar minatəmizləmə üzrə yeni xüsusi DİM təklif edir.

4 aprel minalar partlamamış hərbi sursatların məhv edilməsi istiqamətində inkişafı qeyd etmək günüdür. Həmçinin bu, qarşımızda hələ çox uzun bir yol olduğunu xatırladır. Biz səylərimizin dəstəkləməsindəki dəyərli tərəfdaşlığınıza güvənirik. Bu dəstək ümumi məqsədimiz olan minalardan təmizlənmiş dünya üçün çox önəmlidir.