Azərbaycan qisasını döyüş meydanında aldı
Siyasət

Azərbaycan qisasını döyüş meydanında aldı

Azərbaycan xalqı şübhəsiz ki, 2020-ci ili əsla unutmayacaq. 27 sentyabrda başlayan 44 gün davam edən döyüşlər müharibənin taleyini tamamilə dəyişdi. Müharibə Azərbaycan xalqına çox şeyi yenidən göstərdi: Xalqımızın dövlətimizin qədər güclü olduğunu, Azərbaycan əsgərinin Vətəni uğrunda ölümə gözüyumulu gedə biləcəyini, qəlbimizdə olan sonsuz Vətən sevgisini...

Müharibə müddətində düşmən tərəfinin yüzlərlə hərbi qulluqçusu qorxaraq döyüş meydanını tərk etsə , Azərbaycan tərəfi bir saniyə belə geri çəkilmədi. Dövlətimiz müharibədən öncə , sonra da sülh çağırışlarına prioritet istiqamət kimi yanaşıb. Lakin Ermənistan bu çağırışlara heç vaxt məhəl qoymayıb. Azərbaycanın sülh, əmin-amanlıq çağırışları ölkəmizin xarici siyasətinin müstəqil xarakterini nümayiş etdirir. Mənfur əməllərindən geri qalmayan Ermənistan tərəfi Vətən müharibəsində yenə müharibəni döyüş bölgəsindən kənara çıxarmağa çalışaraq əliyalın əhalini hədəf aldı. Belə ki, işğalçı ölkə 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinə 5 dəfə ayrı-ayrı vaxtlarda raket hücumları etdi. Hücum nəticəsində 16 nəfər şəhid oldu, 55 nəfər isə yaralandı. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəydi. Təəssüf ki, ölən yaralananlar arasında azyaşlılar da var idi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumu "Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktı" adlandırdı. Ortada olan açıq-aşkar sübutlara baxmayaraq, Ermənistan tərəfi hücumları inkar etdi. Qondarma Dağlıq Qarabağ rəhbərliyi isə yalnız birinci hücumun məsuliyyətini öz üzərinə götürdü. Raket hücumları BMT, Avropa İttifaqı qardaş Türkiyə tərəfindən qınandı. Düşmən Gəncə şəhəri ilə yanaşı, döyüş zonasına daxil olmayan digər şəhərlərimizi atəşə tutdu. Birinci Qarabağ müharibəsində erməni mənfurlarının əliyalın əhalimizə yaşatdığı ağlasığmaz zülmlərə baxmayaraq, Azərbaycan ordusu döyüşü sırf döyüş zonasında apardı qisasımızı döyüş meydanında aldı. "Le Monde" nəşrinin Şuşa uğrunda gedən döyüşlər zamanı yayımladığı bir reportajda deyilirdi ki, Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndiyə qaçırlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8- xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri əslində müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi bundan bir gün sonra Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.

44 günlük İkinci Qarabağ müharibəsinin dünya mediasında işıq üzü görməsi onu göstərdi ki, bir çox xarici media qurumlarında erməni əsilli ya ermənipərəst jurnalistlərin sayı çoxluq təşkil etməkdədir onların müəllif olduğu yazılarda münaqişəyə qərəzli yanaşmalar açıq şəkildə hiss olunur. Bundan əlavə, bir çox inkişaf etmiş ölkələrdə erməni lobbisinin mətbuata təsiri güclüdür. Müharibə boyunca işğalçı ölkə özünü qurban kimi nümayiş etdirməkdən geri qalmadı dünya mediasında Azərbaycana ləkə yaxmağa çalışdı. Medianın adına utanc gətirən bu cür addımlar insanları səhv yönləndirməklə ölkəmizi yanlış tanıdır. Ancaq mətbuat bütün konfliktləri obyektiv şəkildə işıqlandırmalıdır ki, əsl həqiqət gələcək nəsillərə çatdırılsın. Dünyanın ən böyük informasiya agentliklərindən olan Associated Press əsasən Ermənistanın mövqeyindən çıxış etdi Fransanın real üzünü bizə tanıtdı. Dünya gündəmini müəyyən edən ABŞ-ın nəhəng CNN informasiya kanalı da 44 günlük Vətən müharibəsinə çox geniş yer ayırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ildə Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində qeyd etmişdi ki, erməni mediası dünyanı aldadır: "Münaqişə medianın diqqətini cəlb etdi mən nələr baş verməsi barədə həqiqəti çatdırmaq üçün bu imkandan istifadə etdim. Mənim dediklərimin hamısını sənədlərlə təsdiq etmək olar. Mən tarixi həqiqətə ya döyüş meydanında hər gün baş verənlərə uyğun olmayan bircə kəlmə deməmişəm. Erməni tərəfi müharibə dövründə nələr baş verməsi daha əvvəl nələr olması barədə öz xalqına yalan deyir, dünya birliyini aldadırdı. Buna görə əlbəttə, düşünürəm ki, ilk növbədə onların tezisləri inandırıcı deyildi, əslində, onlar özlərini hörmətdən saldılar biz baş verənlər barədə həqiqəti çatdıra bildik".

Nəzrin CAVADZADƏ,

"Respublika".