Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə və dövlət–din münasibətlərinin tənzimlənməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
“Tərəqqi” medalı ilə
Allahverdiyeva Səbinə Elbrus qızı
Babayev Vüqar Səyyad oğlu
Həziyev Əli Vəli oğlu
Hümmətov Vüqar Hümmət oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
İsmiyev Şəhriyar Muradxan oğlu
Paşazadə Tərxan Əlhəddin oğlu.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 18 iyun 2021-ci il