AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ Azərbaycan Texniki Universiteti kafedralar üzrə aşağıdakı vakant vəzifələri tutmaq üçün MÜSABİQƏ ELAN EDİR
Reklam və elanlar

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ Azərbaycan Texniki Universiteti kafedralar üzrə aşağıdakı vakant vəzifələri tutmaq üçün MÜSABİQƏ ELAN EDİR

1. Radioelektron və aerokosmik sistemlər                             - kafedra müdiri;

2. Kimya texnologiya, təkrar emal və ekologiya                    - kafedra müdiri;

3. Xüsusi təyinatlı material və vasitələr                                  - kafedra müdiri.

Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05.02.2018-ci il tarixli F-100 nömrəli əmri ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na və Azərbaycan Texniki Universitetinin 27 dekabr 2022-ci il tarixli Elmi Şura iclasında qəbul olunmuş "Akademik strukturda seçkilərin keçirilməsi üzrə meyar və tələblər"ə uyğun olaraq, elan olunduğu gündən etibarən 1 ay müddətində qəbul edilir.

Ünvan: AZ 1073, Bakı şəhəri, H.Cavid prospekti 25.

REKTORLUQ.