Azərbaycan Respublikası Prezidentinin “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında” 1996-cı il 9 fevral tarixli 437 nömrəli, “Dövlət mülkiyyətinin özəlləşdirilməsini tənzimləyən bir sıra normativ sənədlərin təsdiq edilməsi haqqında” 1996-cı il 25 mart tarixli 451 nömrəli, “Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlərinin və ixtisaslaşdırılmış çek investisiya fondlarının səhmdarlarının reyestrinin aparılması qaydaları ha
Fərman

Azərbaycan Respublikası Prezidentinin “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında” 1996-cı il 9 fevral tarixli 437 nömrəli, “Dövlət mülkiyyətinin özəlləşdirilməsini tənzimləyən bir sıra normativ sənədlərin təsdiq edilməsi haqqında” 1996-cı il 25 mart tarixli 451 nömrəli, “Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlərinin və ixtisaslaşdırılmış çek investisiya fondlarının səhmdarlarının reyestrinin aparılması qaydaları ha

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 621-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 sentyabr tarixli 395 nömrəli Fərmanı; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2009, № 2, maddə 70; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissə üzrə:

1.1.1. birinci abzasda “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

1.1.2. beşinci abzasda “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;

1.2. 3.1.1-ci yarımbəndin dördüncü və altıncı abzasları ləğv edilsin.

2. “Dövlət mülkiyyətinin özəlləşdirilməsini tənzimləyən bir sıra normativ sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli 451 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844; 2001, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin özəlləşdirilməsi haqqında Əsasnamə” üzrə:

2.2.1. 2-ci hissənin birinci cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə, ikinci cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

2.2.2. 3-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;

2.2.3. 4-cü hissədə, 6-cı və 8-ci hissələrin birinci cümlələrində, 11-ci hissədə, 13-cü hissənin birinci cümləsində, 15-ci və 17-ci hissələrdə ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

3. “Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlərinin və ixtisaslaşdırılmış çek investisiya fondlarının səhmdarlarının reyestrinin aparılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 581 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 423; 2001, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2009, № 7, maddə 523; 2010, № 7, maddə 610) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki,” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlərinin və ixtisaslaşdırılmış çek investisiya fondlarının səhmdarlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin 4.2-ci bəndində “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 23 iyun tarixli 604 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 461; 2001, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2018, № 9, maddə 1823; 2019, № 4, maddə 657) 2-ci hissəsinin üçüncü abzasında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

5. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 236; 1999, № 8, maddə 493; 2001, № 10, maddə 640; 2002, № 12, maddə 726; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1417; 2015, № 9, maddə 1000; 2018, № 6, maddə 1199; 2019, № 5, maddə 826; 2021, № 1, maddə 35) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1-ci hissə üzrə:

5.1.1. birinci abzasın birinci cümləsində “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal” sözləri “Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən hallar” sözləri ilə, “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin;

5.1.2. ikinci abzasın birinci cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə, ikinci cümləsində “Səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə” sözləri “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərə” sözləri ilə, “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;

5.1.3. dördüncü abzasda “hal istisna olmaqla, səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus daşınmaz əmlakın icarəyə verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “hallar istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakın icarəyə verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

5.2. 2-ci hissənin birinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

6. “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 2 dekabr tarixli 646 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 502) 2-ci hissəsinin birinci, 3-cü hissəsinin üçüncü və 4-cü hissəsinin birinci abzaslarında ismin müvafiq hallarında “Dövlət Əmlak Komitəsi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

7. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 2 dekabr tarixli 647 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 503; 2001, № 10, maddə 640; 2007, № 6, maddə 601; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

7.1. ikinci abzasda “5-ci bəndində” sözləri “birinci hissəsinin 4-cü abzasında” sözləri ilə əvəz edilsin;

7.2. üçüncü abzasdan “, 13-cü, 13-1-ci, 15-ci, 16-cı maddələrində, 17-ci maddəsinin 1-ci bəndində, 18-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində və 19-cu” sözləri çıxarılsın və həmin abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

7.3. dördüncü abzas beşinci abzas hesab olunsun və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“həmin Qanunun 13-cü maddəsinin 1-ci hissəsinin birinci abzasında, 2-ci hissəsinin birinci abzasının birinci və ikinci cümlələrində, ikinci və üçüncü abzaslarında, 3-cü hissəsində (hər iki halda), 13-1-ci maddəsinin 1-ci və 2-ci hissələrinin birinci abzaslarında, 3-cü hissəsində, 15-ci maddəsinin mətnində (hər iki halda), 16-cı maddəsinin adında, 1-ci, 2-ci, 3-cü (hər iki halda) və 4-cü hissələrində, 17-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında, 18-ci maddəsinin birinci hissəsində, həmin hissənin 1-ci abzasında (hər iki halda) və üçüncü abzasının birinci və ikinci cümlələrində, 19-cu maddəsinin adında və mətnində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”.

8. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 514; 1999, № 5, maddə 306; 2000, № 12, maddə 844; 2001, № 7, maddə 464, № 10, maddə 640; 2002, № 8, maddə 480; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 4-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki,” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

8.2. həmin Fərmanla təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə” üzrə:

8.2.1. 11-ci hissənin birinci abzasının birinci cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;

8.2.2. 12-ci hissə üzrə:

1. birinci abzasda “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidmətinə” sözləri ilə, dördüncü abzasda “şəhadətnamənin” sözü “sənədin” sözü ilə əvəz edilsin;

2. beşinci abzasın ikinci cümləsində “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq” sözləri “Dövlət Xidməti aidiyyəti” sözləri ilə əvəz edilsin;

8.2.3. 13-cü hissənin birinci və ikinci abzaslarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

9. “Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 20 iyun tarixli 732 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 393; 2001, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2007, № 7, maddə 610) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 2-ci hissə üzrə:

9.1.1. dördüncü abzasda “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;

9.1.2. beşinci abzasda “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidmətində” sözləri ilə, “aparır” sözü “aparılır” sözü ilə əvəz edilsin;

9.2. 4-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi tapşırılsın ki,” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

10. “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 448; 2001, № 12, maddə 755; 2004, № 1, maddə 19; 2007, № 6, maddə 601; 2008, № 9, maddə 798; 2016, № 2 (II kitab), maddə 242; 2017, № 3, maddə 353; 2019, № 6, maddə 1028) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

10.1. üçüncü abzasdan “4-cü maddəsinin üçüncü hissəsində,” sözləri çıxarılsın və həmin abzasda “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

10.2. dördüncü – yeddinci abzaslar müvafiq olaraq beşinci – səkkizinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“həmin Qanunun 4-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, digər hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;”;

10.3. altıncı abzasda “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

11. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 774 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 577; 2001, № 10, maddə 640; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477, № 10, maddə 1221; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

11.1. 2-ci hissənin üçüncü abzasından “daşınmaz əmlaka və dövlət əmlakına münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, digər hallarda isə” sözləri çıxarılsın;

11.2. 3-cü hissədə “Nazirliyinə və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, öz səlahiyyətləri daxilində” sözləri “Nazirliyi, fəaliyyət istiqamətlərinə uyğun olaraq,” sözləri ilə əvəz edilsin.

12. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 744; 2000, № 1, maddə 34; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 478; 2006, № 7, maddələr 590, 593; 2009, № 11, maddə 888; 2010, № 7, maddə 610; 2015, № 1, maddə 16, № 8, maddə 915; 2020, № 7, maddə 886; 2021, № 8, maddə 917; 2022, № 7, maddə 758) 6-cı hissəsinin üçüncü abzasında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

13. “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 86; 2001, № 12, maddə 755; 2002, № 8, maddə 487; 2003, № 10, maddələr 546, 585; 2007, № 2, maddə 87; 2008, № 9, maddə 798; 2016, № 2 (II kitab), maddə 255; 2017, № 3, maddə 359, № 5, maddə 766) 2-ci hissəsinin on ikinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 dekabr 2022-ci il