“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 879-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 297 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası
Fərman

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 879-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 297 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 879-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 68.4-1-ci maddəsində, 72.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 116.1-cı, 116.2-ci, 116.4-cü, 116.5-ci (hər iki halda), 116.6-cı (hər iki halda), 116.7-ci maddələrində, 116.8-ci maddəsinin birinci və ikinci cümlələrində, 116.10-cu, 116-1.1-ci, 116-1.3-cü, 116-1.4-cü maddələrində, 116-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 119.1-ci, 138-1-ci, 142.1-ci, 142.2.3-cü, 142.3-cü, 142.4-cü (hər iki halda), 142.5-ci, 142.7-ci, 142.8-ci (hər iki halda), 142.9-cu, 142.10-cu, 142.12–142.14-cü, 142-1.1-ci (hər iki halda) maddələrində, 142-1.3-cü maddəsinin birinci cümləsində, 142-1.7-ci, 142-1.7.11-ci maddələrində, 142-1.8-ci maddəsinin birinci və ikinci cümlələrində, 143.2-ci, 143.2.5-cü, 143.3-cü, 143.4-cü, 143-1.1-ci, 143-1.2-ci, 143-1.4-cü, 143-2.1–143-2.3-cü, 145.10-cu, 145-1.1.3–145-1.1.5-ci, 145-1.2.1-ci, 145-1.2.3–145-1.2.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 68.4-1-ci maddəsində, 72.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 116.1-ci, 116.2-ci, 116.4-cü, 116.5-ci (birinci halda), 116.6-cı (ikinci halda), 116.7-ci maddələrində, 116.8-ci maddəsinin birinci və ikinci cümlələrində, 116.10-cu, 116-1.1-ci, 116-1.3-cü, 116-1.4-cü maddələrində, 116-1.5-ci maddəsinin hər iki cümləsində, 119.1-ci, 138-1-ci, 142.1-ci, 142.2.3-cü, 142.3-cü, 142.4-cü (hər iki halda), 142.5-ci, 142.7-ci, 142.8-ci (hər iki halda), 142.9-cu, 142.10-cu, 142.12–142.14-cü, 142-1.1-ci (hər iki halda) maddələrində, 142-1.3-cü maddəsinin birinci cümləsində, 142-1.7-ci, 142-1.7.11-ci maddələrində, 142-1.8-ci maddəsinin birinci və ikinci cümlələrində, 143.2-ci, 143.2.5-ci, 143.3-cü, 143.4-cü, 143-1.1-ci, 143-1.2-ci, 143-1.4-cü, 143-2.1–143-2.3-cü, 145.10-cu, 145-1.1.3–145-1.1.5-ci, 145-1.2.1-ci, 145-1.2.3–145-1.2.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 72.2-ci maddəsinin birinci cümləsində (birinci halda) və ikinci cümləsində, 116.5-cı (ikinci halda), 116.6-cı (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı normativ hüquqi aktları iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 142.12-ci maddəsinə uyğun olaraq, uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin formasını;

2.2. həmin Məcəllənin 142.14-cü maddəsinə uyğun olaraq, himayədar valideynlərə verilən vəsiqənin nümunəsini;

2.3. həmin Məcəllənin 142-1.8-ci maddəsinə uyğun olaraq, himayədar valideyn olmaq istəyən şəxsin ərizəsinin formasını.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 879-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

4. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 164; 2002, № 7, maddə 412, № 8, maddə 478, № 12, maddə 716; 2003, № 6, maddə 290; 2004, № 7, maddə 526; 2006, № 12, maddə 1034; 2007, № 3, maddə 226, № 11, maddə 1105; 2010, № 5, maddə 393, № 7, maddə 613, № 8, maddə 722; 2019, № 5, maddə 818, № 12, maddə 1930; 2021, № 6 (I kitab), maddə 565; 2022, № 1, maddə 30; 2023, № 1, maddə 85, № 3, maddə 348; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 may tarixli 2160 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndə “65.5,” rəqəmlərindən sonra “68.4-1-ci maddəsində, 72.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində,” sözləri, “115.7-ci,” sözlərindən sonra “116.1, 116.2, 116.4, 116.5 (hər iki halda), 116.6 (hər iki halda), 116.7-ci maddələrində, 116.8-ci maddəsinin birinci və ikinci cümlələrində, 116.10, 116-1.1, 116-1.3, 116-1.4-cü maddələrində, 116-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində,” sözləri, “118.20,” rəqəmlərindən sonra “119.1,” rəqəmləri, “131.4,” rəqəmlərindən sonra “138-1, 142.1, 142.2.3, 142.3, 142.4 (hər iki halda), 142.5, 142.7, 142.8 (hər iki halda), 142.9, 142.10, 142.12-142.14, 142-1.1-ci (hər iki halda) maddələrində, 142-1.3-cü maddəsinin birinci cümləsində, 142-1.7, 142-1.7.11-ci maddələrində, 142-1.8-ci maddəsinin birinci və ikinci cümlələrində, 143.2, 143.2.5, 143.3, 143.4, 143-1.1, 143-1.2, 143-1.4, 143-2.1–143-2.3, 145.10, 145-1.1.3–145-1.1.5, 145-1.2.1, 145-1.2.3–145-1.2.6” sözləri əlavə edilsin;

4.2. 2.2-ci bənddən “116.2,” və “142.2,” rəqəmləri çıxarılsın;

4.3. 2.9-cu bənddən “49.4, 51.2,”, “63.3, 66.5,”, “69.4,”, “72.2,” və “114.1, 114.2, 114.3, 115.1-115.3, 116.4, 144.2, 145.2, 145.7” rəqəmləri çıxarılsın;

4.4. 2.11-ci bəndə “Məcəllənin” sözündən sonra “63.3,” rəqəmləri, “65.2,” rəqəmlərindən sonra “66.5, 69.4, 114.1, 114.2, 114.3, 115.1, 115.3” rəqəmləri və “134.13,” rəqəmlərindən sonra “145.7,” rəqəmləri əlavə edilsin;

4.5. aşağıdakı məzmunda 2.9-1-ci, 2.9-2-ci və 2.11-1-ci bəndlər əlavə edilsin:

“2.9-1. həmin Məcəllənin 72.2-ci maddəsinin birinci cümləsində (birinci halda) və ikinci cümləsində, 116.5 (ikinci halda), 116.6-cı (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur;

2.9-2. həmin Məcəllənin 49.4-cü və 51.2-ci maddələrində müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur;”;

“2.11-1. həmin Məcəllənin 68.4-1-ci maddəsində, 72.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 116.1, 116.2, 116.4, 116.5 (birinci halda), 116.6 (ikinci halda), 116.7-ci maddələrində, 116.8-ci maddəsinin birinci və ikinci cümlələrində, 116.10, 116-1.1, 116-1.3, 116-1.4-cü maddələrində, 116-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 119.1, 138-1, 142.1, 142.2.3, 142.3, 142.4 (hər iki halda), 142.5, 142.7, 142.8 (hər iki halda), 142.9, 142.10, 142.12–142.14, 142-1.1 (hər iki halda), 142-1.3, 142-1.7, 142-1.7.11-ci maddələrində, 142-1.8-ci maddəsinin birinci və ikinci cümlələrində, 143.2, 143.2.5, 143.3, 143.4, 143-1.1, 143-1.2, 143-1.4, 143-2.1–143-2.3, 145.10, 145-1.1.3–145-1.1.5, 145-1.2.1, 145-1.2.3–145-1.2.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”.

5. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419; 2019, № 5, maddə 847, № 12, maddə 1936; 2020, № 7, maddə 895, № 8, maddə 1036; 2021, № 6 (I kitab), maddə 566, № 8, maddə 922; 2022, № 6, maddə 599; 2023, № 3, maddə 351) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.5.11-ci yarımbəndə “vahid” sözündən əvvəl “, habelə himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların” sözləri əlavə edilsin;

5.2. 2.5.16-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.5.17–2.5.21-ci yarımbəndlər əlavə edilsin:

“2.5.17. himayədar ailə sahəsində tənzimləmənin və dövlət nəzarətinin həyata keçirilməsini təmin edir;

2.5.18. himayədar ailəyə verilmiş uşaqlar üzərində qəyyumluq (himayəçilik) orqanının funksiyalarını həyata keçirir;

2.5.19. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi və həmin müəssisələri tərk etməsi ilə bağlı qərar qəbul edir;

2.5.20. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdən öz ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi ilə bağlı tədbirlər görür;

2.5.21. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində tədbirlər görülməsini, habelə həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanmasını təmin edir.”;

5.3. 2.8.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.8.3. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, vahid uçota alınmış valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsinə yardım edir;”;

5.4. 2.8.7-ci yarımbənd ləğv edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037, № 12, maddə 1936; 2020, № 1, maddə 7, № 8, maddə 1039, № 10, maddə 1247; 2021, № 1, maddələr 16, 36, № 6 (I kitab), maddə 567, № 8, maddə 919, № 11, maddə 1211, № 12, maddə 1367; 2022, № 1, maddə 29, № 4, maddələr 302, 323, № 5, maddə 475, № 6, maddə 594, № 8, maddə 874, № 10, maddə 1142, № 12, maddələr 1411, 1428, 1441; 2023, № 4, maddə 480) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.6.15-ci yarımbəndi ləğv edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; 2021, № 5, maddə 435, № 6 (I kitab), maddələr 579, 583, № 8, maddə 922, № 9, maddələr 983, 987, № 11, maddə 1212, № 12, maddə 1403; 2022, № 12, maddə 1448; 2023, № 2, maddə 219) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 5.2.1-ci yarımbəndə aşağıdakı məzmunda 6-cı abzas əlavə edilsin:

“6. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət”;

7.2. 5.2.2-ci yarımbəndə aşağıdakı məzmunda 4-2-ci abzas əlavə edilsin:

“4-2. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət”;

7.3. aşağıdakı məzmunda 9-2-ci və 9-3-cü hissələr əlavə edilsin:

“9-2. Himayədar ailə sahəsində göstərilən xidmətlər

9-2.1. himayədar ailə ilə bağlı müraciətlərin qəbul edilməsi

9-2.2. himayədar ailə ilə bağlı məsləhət və məlumat verilməsi

9-3. Valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsi, onların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə yerləşdirilməsi və həmin müəssisələrdən götürülməsi ilə bağlı müraciətlərin qəbul edilməsi”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 iyul 2023-cü il.