AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİ QƏRAR
Hüquqi aktlar

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİ QƏRAR

№ Q/1

Bakı şəhəri                                                                              23 yanvar 2024-cü il

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2435 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2435 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 1055s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə"nin 5.7.5-ci yarımbəndini rəhbər tutaraq

qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 15 may tarixli Q/9 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnformasiya mühafizə vasitələrinin sertifikatlaşdırılması və sertifikatlaşdırılmış informasiya mühafizə vasitələri üzərində dövlət nəzarətinin və müfəttiş yoxlamalarının həyata keçirilməsi qaydaları"nın 2.3.3-cü yarımbəndinin ikinci cümləsindən və 4.1-ci bəndindən "Azərbaycan Respublikasının Prezidenti yanında" sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 06 sentyabr tarixli Q/17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərarın qəbul edilməsi Qaydası"nın 2.13-cü bəndindən "Azərbaycan Respublikasının Prezidenti yanında" sözləri çıxarılsın.

3. Hüquqi təminat idarəsi: bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunması təmin edilsin.

Rəis

general-polkovnik                                           Əli Nağıyev