Azərbaycan-Türkiyə: yenilməz qardaşlıq, müttəfiqlik örnəyi
Türk dünyası

Azərbaycan-Türkiyə: yenilməz qardaşlıq, müttəfiqlik örnəyi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyinin, iki ölkə arasındakı əlaqələrinin sarsılmazlığının bir daha nümayişi oldu.

Ötən ay qardaş ölkədə keçirilən Prezident seçkilərində qələbə qazanan Ərdoğan ənənəyə sadiq qalaraq seçkilərdən qısa müddət sonra ölkəmizə səfər etdi. Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyənin dövlət başçısı seçilməsi Azərbaycanda da böyük sevinclə qarşılandı. Bu, bir millətin iki dövləti olan Azərbaycanla Türkiyənin sarsılmaz birliyinin parlaq göstəricisidir: "Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq faktordur, sabitlik, inkişaf təhlükəsizlik faktorudur". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən geniş tərkibdə görüşdə deyib. Dövlət başçısı bildirib ki, Prezident seçkilərində türk xalqının göstərdiyi inam bir daha uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir: "Siz bilirsiniz ki, sizi Azərbaycanda çox sevirlər".

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq, qardaşlıq münasibətləri var. Onların şəxsi təşəbbüsləri dövlətlər arasındakı əlaqələrə müsbət təsir edir. Hər iki liderin münasibətləri Azərbaycan-Türkiyə əlaqələrini elə gücləndirib ki, bütün dünya bu müttəfiqliyə qibtə edir. Türkiyə lideri ölkəsinin Azərbaycana sarsılmaz dəstəyini 44 günlük Vətən müharibəsində ifadə edib. Azərbaycan öz torpaqlarını hərbi güc yolu ilə azad etdikdən sonra kənar qüvvələr Türkiyənin xəbərdarlıqlarından dərs aldılar. İkinci Qarabağ müharibəsində əldə edilən Zəfər yalnız Azərbaycanın deyil, eləcə Türkiyənin bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirilir.

Azərbaycan xalqı da Türkiyənin ən ağrılı günlərində onun yanında olub. İstər meşə yanğınlarında, istər zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyə çağırış etmədən ilk olaraq Azərbaycan darda olan qardaşının dadına yetdi. Qardaş ölkədə baş verən zəlzələdən sonra sıravi vətəndaşların yardım göndərmələrini əks etdirən görüntülər yəqin ki, tarix boyu unudulmayacaq: "Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük". Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib. Əminliklə deyə bilərik ki, dünya ölkələri içərisində Azərbaycanla Türkiyə qədər bir-birinə arxa-dayaq olan, sevincini, kədərini bölüşən ölkələr yoxdur. Şuşa Bəyannaməsi isə iki ölkə arasındakı birliyin daha yüksək səviyyəyə qalxması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərir. Məhz bu baxımdan, Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.

İki dost, qardaş, müttəfiq ölkə - Azərbaycan Türkiyə ötən il növbəti dəfə sarsılmaz birlikləri, həmrəylikləri ilə dünyanı heyrətləndirdilər. Bakıda ilk dəfə keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik texnologiya festivalı gələcəyimiz olan gənclərin bu qardaşlığa verəcəkləri töhfələrin aydın mənzərəsini təqdim etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 28- - Müstəqillik Günündə ölkəmizə səfəri Bakıda ilk dəfə keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik texnologiya festivalında iştirak etməsi qardaşlıq müttəfiqlik münasibətinin daha bir simvolu olmuşdu. Dövlət başçısı İlham Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının tarixinə nəzər salaraq keçilən yolun təhlili əsasında səsləndirdiyi: "Bir təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik" fikirləri ölkələrin inkişafında liderlərin rolunun təqdimatı oldu.

"Bir millət, iki dövlət, tək festival" şüarı ilə keçirilən "TEKNOFEST Azərbaycan" bir çox tarixi məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin dediyi kimi, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər "TEKNOFEST"in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur "Bayraktar" PUA-ların ixtiraçısı Səlcuq Bayraqdarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisə idi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edərək bir çox önəmli mesajlar verdi. Türkiyə Azərbaycanın bir-birinə dəstəyinin tarixinin qədim olduğunu, 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda Azərbaycanın digər bölgələrində ürəklərimizin biləklərimizin ortaq mübarizəmizdə yenidən bərabər olduğunu bildirdi. Bizlər kədəri , sevinci bir olan, sözdə deyil, əməldə qardaş olan iki dövlətik, iki xalqıq söyləyən Rəcəb Tayyib Ərdoğan daha sonra Şuşa Bəyannaməsi ilə qardaşlıq əlaqələrimizin strateji müttəfiqlik səviyyəsinə çatdırıldığını, enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıq qurulduğunu, ikitərəfli əlaqələrimizin təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdığını vurğuladı. Bakıda ilk dəfə təşkil olunan "TEKNOFEST Azərbaycan"da texniki nailiyyətlər nümayiş etdirildi. Bu tədbir Azərbaycan-Türkiyə ikitərəfli dostluq qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyinin, bütün sahələrdə əməkdaşlığın bundan sonra da genişlənəcəyinin bariz nümunəsi oldu.

Bu il aprelin 29-da Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyevanın Türkiyəyə işgüzar səfəri iki ölkə arasında birliyin, qardaşlığın növbəti təzahürü oldu. Ölkə başçısı xanımının İstanbulda keçirilən növbəti "TEKNOFEST" aerokosmik texnologiya festivalında iştirakını bütün dünya maraqla izlədi. Dövlət başçılarının birinci xanımların festivalın keçirildiyi məkana Prezident cənab İlham Əliyevin idarə etdiyi qardaş ölkənin texnoloji inkişafının göstəricisi olan "Togg" elektromobilində gəlmələri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə Türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə əskinasını təqdim etməsi zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində Azərbaycan dövlətinin inşa edəcəyi min ev, məktəb, məscid digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn təməlinin qoyulması diqqəti cəlb edən məqamlar oldu.

"Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını gətirmişəm. Bir il öncə "TEKNOFEST" festivalı Bakıda keçirilmişdir əziz qardaşımla bərabər biz "TEKNOFEST" iştirak etmişdik. Bu gün mən buradayam. Bu, bir daha onu göstərir ki, Türkiyə Azərbaycan hər zaman bir yerdədir. Türkiyə Azərbaycan dost, qardaş ölkələrdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik texnologiya festivalında çıxışında bildirib. Türkiyənin güclü sənayesi həm Türkiyəni, həm müttəfiqlərini gücləndirir. Türkiyənin müdafiə sənayesində əldə etdiyi uğurlar bütün dünyanın diqqət mərkəzindədir. "Baykar" şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraqdarın rəhbərliyi ilə inkişaf etmiş modern müdafiə sənayesi Türkiyənin, eləcə ondan istifadə edən ölkələrin təhlükəsizliyini təmin edir. İkinci Qarabağ müharibəsi zamanı bu şirkətin istehsal etdiyi pilotsuz uçuş aparatları şanlı Zəfərin əldə edilməsində mühüm rol oynadı.

 Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin "Baykar" şirkəti arasında Azərbaycan Türkiyənin birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcəklərinə dair niyyət protokolu imzalanıb. "TEXNOFEST-2023" çərçivəsində Türkiyənin "Bayraktar Kızılelma", "Bayraktar Akıncı" ilk dəfə olaraq "Bayraktar-TB3" pilotsuz uçuş aparatları ziyarətçilərə təqdim olunub. Yaxın gələcəkdə "Kızılelma" Azərbaycanın səmasında da görünəcəkdir. "Bayraktar" mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır. "Kızılelma" havada, "Altay" "Togg" quruda, "Anadolu" dənizdə - bugünkü Türkiyə budur. Heydər Əliyev demişdir: "Türkiyə Azərbaycan bir millət, iki dövlətdir". Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə Azərbaycan bir yerdədir. Atam demişkən, "Bir millət, iki dövlət", əlavə etmək istəyirəm, "Bir yumruq!", - deyən Prezident İlham Əliyev İstanbula səfəri barədə fikirlərini bölüşdü: "Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün buradayam. Əziz qardaşım, növbə Sizindir. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi öpür, qucaqlayır, Sizə öz hörmət sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir!".

Mustafa KAMAL,

"Respublika".