Azərbaycan və Özbəkistan arasında bir sıra məsələlər müzakirə olunub
İQTİSADİYYAT

Azərbaycan və Özbəkistan arasında bir sıra məsələlər müzakirə olunub

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Kadastr Agentliyi arasında görüş keçirilib.

“Respublika” xəbər verir ki, görüşdə torpaq və əmlak idarəçiliyi, daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı üzrə informasiya ehtiyatı və sistemlərinin təkmilləşdirilməsi məsələləri və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Aparılan danışıqlar zamanı  Azərbaycan və Özbəkistan mütəxəssisləri tərəfindən daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində tətbiq olunan proqram təminatları, informasiya sistemləri barədə məlumat verilib. Görüşdə ölkəmizdə, xüsusilə işğaldan azad edilmiş ərazilərdə torpaqların elektron kadastr uçotunun informasiya sistemi, həmçinin Özbəkistanda həyata keçirilən torpaq islahatı barədə təqdimatlar edilib.

Sonda suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Nəriman   Cavadov,

“Respublika”.