Azərbaycanın daha bir paracüdoçusu Tokioda fəxri kürsüyə qalxıb
İdman

Azərbaycanın daha bir paracüdoçusu Tokioda fəxri kürsüyə qalxıb

Paracüdo üzrə Azərbaycan yığması Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-pridə daha bir medal qazanıb.

Milli Paralimpiya Komitəsindən "Respublika"-ya verilən məlumata görə, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Namiq Abaslı üçüncü yer uğrunda görüşdə özbəkistanlı Feruz Sayıdovu məğlub edərək fəxri kürsüyə qalxıb.

J2 kateqoriyasında mübarizə aparan idmançı 2021-ci ildə Tokioda keçirilmiş Yay Paralimpiya Oyunlarında da üçüncü yeri tutmuşdu.

Qeyd edək ki, daha əvvəl Azərbaycan paracüdoçularından Vüqar Şirinli (60 kiloqram) və Şəhanə Hacıyeva (48 kiloqram) Qran-pridə gümüş medal qazanıblar.