“Qarabağ”ın qapıçısı zədəsini sağaldaraq məşqlərə başlayıb
İdman

“Qarabağ”ın qapıçısı zədəsini sağaldaraq məşqlərə başlayıb

UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda Almaniyanın “Bayer” komandasına qarşı keçirilmiş oyunda (0:1) zədələnən “Qarabağ”ın qapıçısı Andrey Lunyov məşqlərə başlayıb.

Bu barədə “Respublika”ya Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, rusiyalı qolkiper hələlik yüngül məşqlərlə kifayətlənir: “Lunyovun “Molde” ilə səfər matçında iştirak edib-etməyəcəyi isə matçdan əvvəl bilinəcək”.

Qeyd edək ki, Andrey Lunyovun “Bayer”lə görüşün 85-ci dəqiqəsində Luka Quqeşaşvili ilə əvəzlənib.