Azərbaycanın ərazi bütövlüyü tanınır
Siyasət

Azərbaycanın ərazi bütövlüyü tanınır

44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəinki ərazi bütövlüyümüzün, eləcə tarixi ədalətin bərpası idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz dövlətimizin gücünü döyüş meydanında düşmənə bir daha göstərdi. Ermənistanın məğlubiyyəti onu təkcə öz xalqı qarşısında deyil, beynəlxalq müstəvidə rəzil duruma saldı. Qərb qonşumuz 2020-ci il 10 noyabr tarixində üçtərəfli Bəyanata imza atmaqla məğlubiyyətini bir daha təsdiqlədi. Paşinyanın zəifliyi yox səviyyəsində olan siyasi anlayışı ölkədə böyük narazılıqla qarşılandı. Xüsusi vurğulamaq lazımdır ki, müharibəyə qədər Azərbaycan daim münaqişənin sülh yolu ilə həll olunması təşəbbüsləri ilə çıxış etmişdir. Amma beynəlxalq müstəvidə selektiv yanaşma eləcə ölkəmizin qüdrətlənməsindən qorxan qüvvələr buna əngəl törətmişdir. Bütün bunlar əbəs idi, heç Azərbaycanın tarixi ədaləti bərpa etməsinin qarşısını ala bilmədi.

Hazırda bir çox dövlətlər ölkəmizin ərazi bütövlüyünü rəsmən tanıyır. Ərazi bütövlüyümüzün tanınması beynəlxalq platformalarda da bəyan edilir. Mayın 15- Brüsseldə baş tutan üçtərəfli görüş bunu bir daha təsdiqləmişdir. Görüş zamanı Azərbaycan Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası kommunikasiyaların bərpası istiqamətində konkret nəticələrin əldə olunması məqsədilə ətraflı fikir mübadiləsi aparılmışdır. Azərbaycan regionda sülh sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyini bir daha ortaya qoymuşdur. Üçtərəfli görüşdə ən vacib məqamlardan biri məhz, dövlətlərin ərazi bütövlüyünə bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin Ermənistan tərəfindən qəbul edilməsi idi. Bu mənada Brüssel görüşü ölkəmizin siyasi iradəsini tam ifadə etmişdirHəmçinin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında hər iki tərəfin 1991-ci il "Alma-Ata Bəyannaməsi" sadiq olduqları bir daha öz təsdiqini tapmışdır. Xatırladaq ki, ötən il Praqada Soçidə baş tutan görüşlərdə "Alma-Ata Bəyannaməsi" müvafiq olaraq eyni qənaətə gəlinmişdir. Lakin Fransanın işə qarışması vəziyyətin sabitləşməsinə maneə törətmişdir. Bütün bunlara baxmayaraq, Prezident İlham Əliyevin bu istiqamətdəki qətiyyətli addımları Ermənistanı  Azərbaycanın ərazi bütövlüyünü daha detallı formada etiraf etməsinə, Qarabağ "sevdası"ndan əl çəkməsinə səbəb olmuşdur. Brüssel görüşündən öncə martın 18- ölkə başçımız Tərtərdən xalqa müraciəti zamanı Ermənistanın ərazi bütövlüyümüzü tanımasının vacibliyini bir daha vurğulamışdır: "Bu gün "Qarabağ Ermənistandır nöqtə" deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın. Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. İndi özü üçün yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Bunun heç bir xeyri olmayacaq. Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var - bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə, onlar 29 min kvadratkilometr ərazidə, - hansı ki, indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi olacaq, bunu Ermənistan onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər...".

Belə oldu. Bu dəfə vəziyyətə Fransa kimi araqarışdıranlar müdaxilə edə bilmədi. Azərbaycanın ərazi bütövlüyünün Avropa İttifaqı səviyyəsində tanındığına şahidlik edən Ermənistan həqiqətlərdən boyun qaçıra bilmədi. Beləliklə, Brüssel görüşü, həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün yeni zəmin yaratdı.

Nəzrin ELDARQIZI,

"Respublika".