Azərbaycanın qastronomik turizm sahəsində dünyaya tanıdacağı çox şey var
MÜSAHİBƏLƏR

Azərbaycanın qastronomik turizm sahəsində dünyaya tanıdacağı çox şey var

Azərbaycana ilk dəfə səfər edirəm. Ölkənizi yaxından görməyin çoxdan arzusundaydım. Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı bu arzuma bir vəsilə oldu. Şuşa bu cür beynəlxalq festivallara ev sahibliyi etməklə mədəniyyət beşiyi olduğunu bir daha beynəlxalq ictimaiyyətə sübut edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında perulu kulinar Gilermo Qonzales deyib.

"Mətbəxinizin təamlarına heyran oldum. Milli xörəkləriniz çox dadlıdır. Festivalda iştirak edən digər ölkələr öz ağ şərabları ilə məşhur olsa da, Azərbaycanın ağ şərabının xüsusi dadı var. Mən hər kəsə Azərbaycanın milli xörəklərini və içkilərini tövsiyə edirəm", - deyə G.Qonzales qeyd edib.

Kulinar bildirib ki, qastronomik turizm milli mətbəxi zəngin olan ölkələrin inkişafı üçün çox önəmlidir və Azərbaycanın bu sahədə dünyaya tanıdacağı çox şey var.

AZƏRTAC