Azərbaycanla Belçika arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Siyasət

Azərbaycanla Belçika arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Belçika Krallığına səfəri çərçivəsində bu ölkənin energetika naziri Tinne Van der Straeten ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığına uyğun olaraq Azərbaycandan təbii qaz bərpaolunan enerji tədarükü üzrə həyata keçirilən layihələr barədə danışılıb. Əlavə qaz təchizatı üçün Cənub Qaz Dəhlizi "Həmrəylik halqası" marşrutlarının təkmilləşdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstanı birləşdirən Bolqarıstanın da maraq göstərdiyi "yaşıl enerji" bağlantısı, həmçinin Şimal dənizində Belçikanın külək enerjisi layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Dənizdə külək enerjisindən istifadə sahəsində Belçika ilə təcrübə mübadiləsi üzrə əməkdaşlıq etməyə dair razılıq əldə edilib.

Sonda Tinne Van der Straeten Bakı Enerji Forumunda iştirak etmək üçün Azərbaycana dəvət olunub.