“Azərpoçt” MMC “İnternet bankçılıq” xidmətini istifadəyə verib
Digər xəbərlər

“Azərpoçt” MMC “İnternet bankçılıq” xidmətini istifadəyə verib

İnformasiya texnologiyaları sahəsində baş verən sürətli inkişaf və rəqəmsal transformasiya müştərilərə yeni xidmətlərin göstərilməsini, bank əməliyyatlarının daha da əlçatan olmasını tələb edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə  bu məqsədlə 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC rəqəmsallaşma və elektron kommersiya istiqamətində bir sıra rəqəmsal həllər təklif edib.

Bunlardan biri də test rejimini uğurla keçərək müştərilərin istifadəsinə verilən “İnternet bankçılıq” xidmətidir. Bu xidmət müştərilərə onlayn, təhlükəsiz və rahat şəkildə bir çox bank əməliyyatlarını yerinə yetirməyə imkan verir. Həmçinin xidmətdən istifadə edən hüquqi şəxslər və fərdi sahibkarlar aşağıda qeyd olunan üstünlüklərdən də faydalana bilərlər.

 “Respublika”.