İOS 18-də
Digər xəbərlər

İOS 18-də "Siri" təkmilləşdiriləcək

"Apple" şirkəti yeni iPhone 15 seriyasını elan etmək üçün sentyabrın 12-də "Wonderlust" tədbiri keçirəcəyini açıqlayıb.

"Respublika" xəbər verir ki, bu barədə şirkətin rəsmi sosial media hesablarından açıqlama verilib.

Şirkət həmçinin bütün elanlar tamamlandıqdan sonra iOS 17, iPadOS 17, watchOS 10 və əlavə yeniləmələri istifadəyə verəcək. Şirkətin iOS 17 sistemini sentyabrın 22-də ümumi istifadəyə verməsi gözlənilir. Bununla belə, iOS 17-nin rəsmi buraxılışından əvvəl, iOS 18 ilə gələcək yeni xüsusiyyətlər və "Siri"-də əsas təkmilləşdirmələr ortaya çıxdı.

Verilən məlumata əsasən, iOS 18 gələn il bütün istifadəçilər üçün çox gözəl xüsusiyyətləri ilə əlçatan olacaq. Şirkət platformanın müxtəlif aspektlərinə inteqrasiya olunacaq generativ süni intellekt texnologiyaları hazırlayır.

Nurlan ABDALOV,

"Respublika".