Baş prokuror Türkiyədə işgüzar səfərdədir
Digər xəbərlər

Baş prokuror Türkiyədə işgüzar səfərdədir

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 1-ci Pan-Avropa Regional konfransında iştirak etmək məqsədilə İstanbul şəhərinə işgüzar səfərə gedib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Respublika-news”-a verilən məlumata görə, dünyanın müxtəlif dövlətlərinin baş prokurorlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı tədbirdə rəqəmsallaşma dövründə səmərəli istintaqın aparılması və digər mövzular ətrafında müzakirələr aparılacaq.

“Respublika”.