Bəşəriyyətə qarşı qanlı cinayətlər
Siyasət

Bəşəriyyətə qarşı qanlı cinayətlər

Azərbaycan Prezidenti İlham Əliyevin bu il noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda keçirilən konfransda müraciəti kolonializm tarixinin qanlı cinayətlərini əks etdirmək baxımından olduqca maraqlıdır.

Heç kimə sirr deyil ki, XXI əsrdə elmin, texnikanın inkişaf etdiyi bir zamanda bəzi ölkələr hələ də kolonializm siyasətini davam etdirməyə və bunu müxtəlif yollarla gizlətməyə, fərqli adlar altında təqdim etməyə çalışırlar. Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinə görə məsuliyyət daşıyan ölkələrdən biri və bəlkə də birincisi Fransadır. Çünki bəşəriyyətə qarşı qanlı cinayətlərin ən böyük "mirası" Fransa dövlətinə məxsusdur və bu cinayətlər indi də davam etdirilir.

Qeyd edək ki, Fransa Afrikanın qərbini və cənubunu öz hakimiyyəti altında birləşdirərək yerli xalq və qəbilələri bir-birindən ayrı salıb. Eyni zamanda fransızlar öz dilini dominant dil kimi tətbiq etməklə bir çox yerli qəbilə və xalqları bir-biri ilə danışa bilməyəcək vəziyyətə gətirib. Paralel olaraq, həmçinin missionerlik fəaliyyəti ilə xristianlıq dininin qəbul etdirilməsinə çalışaraq yerli xalqların milli, dini və mədəni kimliyini unutdurub.

Hazırda bir çox Qərbi Afrika ölkəsinin dili fransız dilidir. Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətinin BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılması isə beynəlxalq ictimayyətin kolonializm tarixinin qanlı cinayətlərinə görə məsuliyyət və hesabatlılıq təşəbbüslərini dəstəkləyir. Çünki Fransa müstəmləkəçilik siyasəti yürütdüyü ölkələrin hamısına səfalət və faciə gətirib, bir sıra xalqlar yer üzündən silinib.

Ölkə başçımızın beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılması isə beynəlxalq ictimaiyyətin əsrlərlə günahsız insanları kütləvi şəkildə qətlə yetirmiş, yaşamaq hüququnu pozmuş, həbs və işgəncələrdən sui-istifadə etmiş, dini etiqad azadlığını və insan ləyaqətini tapdalamış Fransanın cinayətlərinin qəbul olunmamasının birinci mərhələsidir.

Yeganə HACIYEVA,

politoloq.