İdman

"Beşiktaş-Neftçi" matçının hazırlıqlarına start verilib

"Beşiktaş" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi" FK ilə keçiriləcək oyunun hazırlıqlarına bu gün səhər məşqi ilə başlayıb.

“Respublika” “Sabah”a istinadən xəbər verir ki, “Ağ-qaralar” sabah saat 19.00-da “Neftçi” FK matçının hazırlıqlarını tamamlayacaq və oyunun ilk 15 dəqiqəsi mətbuata açıq olacaq.

Röya RÜSTƏMLİ,

“Respublika”.