Beynəlxalq platformalarda iştirakı Azərbaycanın diplomatik uğurudur
Siyasət

Beynəlxalq platformalarda iştirakı Azərbaycanın diplomatik uğurudur

Azərbaycanın beynəlxalq müstəvidəki nüfuzu getdikcə artmaqdadır. Belə ki, ölkəmiz artıq özünü etibarlı tərəfdaş kimi təsdiq etmişdir. Dövlətçilik ənənələrimizin möhkəmlənməsində Prezident İlham Əliyevin uzaqgörən siyasəti mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycanın dinamik inkişafı, iqtisadi gücünün artması, xalqımızın rifahının yüksəlməsi məhz bu siyasətin nəticəsidir.

Bu gün əminliklə Azərbaycanın dünya birliyinin bərabərhüquqlu üzvü, söz sahibi olduğunu deyə bilərik. Son illərdə qazanılan uğurlar, iqtisadi nailiyyətlər ölkəmizin regionda güc mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynamışdır. Məsələyə istər coğrafi mövqe, istərsə iqtisadi potensial baxımından yanaşdıqda, digər böyük dövlətlərin təşkilatların Azərbaycana olan marağını, tərəfdaşlıq istəyini görmək mümkündür. Ölkəmizin regionda aparıcı aktora çevrilməsi onun beynəlxalq qurumlarla əlaqələrinə öz müsbət təsirini göstərmişdirArtıq dünya dövlətləri Azərbaycanı nəinki etibarlı tərəfdaş, hətta sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Hazırda BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı prioritet hesab edirlər. Bunun nəticəsidir ki, dövlətimiz bir sıra beynəlxalq qurumlarda təkcə üzv dövlət kimi deyil, bir çox mühüm qərarların qəbulunda da iştirak edir.

Ölkə başçımızın mayın 25- ilk dəfə olaraq Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxışı dövlətimizin beynəlxalq müstəvidəki əhəmiyyətli rolunun göstəricisidir. Prezident İlham Əliyevin iclasa məhz Rusiya lideri Vladimir Putin tərəfindən dəvət edilməsi şimal qonşumuzla qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkişafından xəbər verir. Ölkə başçımızın iclasda rusiyalı həmkarına müraciəti zamanı səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir: "Məhz Sizin 2001-ci ildə Azərbaycana səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm de-yure səciyyələndiririk". Görüşdə digər yaddaqalan məqamlardan biri isə Ermənistan tərəfinin növbəti dəfə gülünc vəziyyətə düşməsi idi. Belə ki, Rusiya Prezidentinin Ermənistan tərəfinin acınacaqlı iqtisadi vəziyyətini bəyan edərək ironiya ilə onlarla ayaqlaşmağın çətin olduğunu bildirməsi qərb qonşumuzun fiaskosunun təzahürüdür. Azərbaycanın üstünlüyü isə hər zaman olduğu kimi, bu dəfə özünü büruzə verdi. Görüş çərçivəsində dövlət başçımızın ölkədəki işsizlik səviyyəsinin cəmi 5 faiz olduğunu bildirməsi Ermənistanın Azərbaycandan qədər geridə olduğunu təsdiqlədi. Prezident İlham Əliyevin iclasda qonaq qismində iştirakına ehtiyac duyulması ölkə başçımızın beynəlxalq təşkilatlardakı əvəzsiz rolunu göstərir. İclasın ən vacib məqamlarından biri Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşması məsələsinin müzakirəsi idi. Qərb qonşumuz indiyə qədər dəfələrlə eyni təşkilatlarda yer aldığı dövlətləri  Azərbaycana qarşı qaldırmağa cəhd etsə , məqsədinə nail ola bilməyib. Çünki Azərbaycanın bir çox ölkələrlə dərin əməkdaşlıq əlaqələri mövcuddur. Hətta ölkəmizin üzv olmadığı, amma  Ermənistanın təmsil olunduğu bir sıra qurum, yaxud təşkilatlar var ki, orada Azərbaycanın mövqeyi üstünlük təşkil edir. Təbii haldır ki, bu da Ermənistan tərəfini qıcıqlandırır.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət ölkəmizin dünyadakı nüfuzuna mühüm töhfələr vermişdir. Bunun nəticəsidir ki, bu gün böyük dövlətlər Azərbaycana rəğbət bəsləyirlər. Bu baxımdan, Azərbaycanın Ali Avrasiya İttifaqı Şurası ilə əməkdaşlığı üzv ölkələr tərəfindən yüksək qiymətləndirilir.

Qeyd edək ki, Ali Avrasiya İqtisadi Şurası Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərdən ibarət olan təşkilatdır. Şuraya üzv dövlətlərin liderlərinin ildə bir dəfə görüşü baş tutur. Burada qərarlar konsensusla qəbul edilir həmin qərarlara tabe olmaq bütün iştirakçı dövlətlər üçün məcburidir. Şura həmçinin digər tənzimləyici orqanların tərkibini səlahiyyətlərini müəyyən edir.

Nəzrin ELDARQIZI,

"Respublika".