Beynəlxalq Universitet İdman Festivalı - GÜNÜN ANONSU
İdman

Beynəlxalq Universitet İdman Festivalı - GÜNÜN ANONSU

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.

"Respublika" xəbər verir ki, Gənclər və İdman Nazirliyi günün anonsu haqqında paylaşım edib. 

Bu gün saat 09:00-da Sambo üzrə yarış nəzərdə tutulub. Təsnifat yarışı üzrə Məhəmməd Məhəmmədzadə 98 kilo ilə ölkəmizi təmsil edəcək. 

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla 69 idmançı təmsil edir.

Atletlərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışlarda mübarizə aparırlar.