Birinci vitse-prezident Mehriban Əliyeva Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı paylaşım edib
Sosial həyat

Birinci vitse-prezident Mehriban Əliyeva Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olur. Bu xeyirxah, mehriban, səmimi İnsanı tanıyan hər kəs kimi, mən də onun nurlu simasını yaddaşımda qoruyub saxlayıram!".