Braziliyalı qapıçı: “Qarabağ”a Çempionlar Liqasında oynamaq üçün getmişdim
İdman

Braziliyalı qapıçı: “Qarabağ”a Çempionlar Liqasında oynamaq üçün getmişdim

“Qarabağ”a getməyimin səbəbi Çempionlar Liqasında oynamaq imkanı əldə etmək idi”.

"Respublika" xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq qapıçısı Vaqner Silva Azərbaycandakı karyerası barədə xarici KİV-lərə müsahibəsində deyib.

Braziliyalı qolkiper Ağdam təmsilçisinin əla struktura malik böyük komanda olduğunu bildirib: “Geriyə baxıb onlarla iki dəfə liqanı qazandığımı xatırlayanda bunun Azərbaycana səyahət etməyə dəydiyini anlayıram”.

O, “Qarabağ”da yaxşı insanlarla tanış olduğunu söyləyib: “Şəxsi təcrübəmdən deyə bilərəm ki, ölkəni, mədəniyyətini və yeməklərini çox bəyəndik. Bakı qeyri-adi şəhərdir. Mən və ailəm orada çox xoşbəxt idik”.

Qeyd edək ki, Vaqner Silva 2018-2020-ci illərdə “Qarabağ”ın formasını geyinib.