Bu gəmiyə
Dünya xəbərləri

Bu gəmiyə "Türkiyə" adı verilib

Çində istehsal edilən gəmiyə “Türkiyə” adı verilib.

“Respublika” xəbər verir ki, dünyanın 155 ölkəsində 760 gəmisi olan nəhəng konteyner operatoru MSC(Mediterranean Shipping Company) Türkiyədə cümhuriyyətin elan edilməsinin 100-cü ildönümü münasibətilə, Çində istehsal edilən gəmiyə “Türkiyə” adını verib. Bu, dünyanın ən böyük konteyner daşıma qabiliyyətinə malik gəmisi adlanır.

 

Qeyd edək ki, uzunluğu 399,9 metr, eni 61,3 metr və dərinliyi 33,5 metr olan gəmi eyni anda 24 min 346 standart konteyner daşımaq qabiliyyətinə malikdir və “megamax” sinfi adlandırılan MSC Türkiyə hazırda Şərqi Çin dənizindədir.