Senator Fransanı kolonializmi qanuniləşdirməkdə ittiham edib
Dünya xəbərləri

Senator Fransanı kolonializmi qanuniləşdirməkdə ittiham edib

Yeni Kaledoniyanı Fransa Senatında təmsil edən senator Robert Xovie parlamentin yuxarı palatasında çıxışı zamanı qərəzliliyin müzakirələrin nəticə verməyəcəyinə əsas olduğunu vurğulayaraq deyib: Fransa hökuməti 1998-ci ildə əldə edilmiş razılığa zidd olaraq müstəmləkəçilik məskunlaşmasını qanuniləşdirir. Qərəzlilik bu gün müzakirələrin nəticəsiz qalmasına səbəb olur. Dövlət anlamalıdır ki, ağıllı addımların atılmasının vaxtı çatıb.

Kanak xalqı fransız xalqının düşməni deyil. O, 70 illik müstəmləkə tarixinə son qoymaq istəyir. Hökumət sentyabrın 6-da konstitusiyaya yenidən baxılmasına əsas olacaq bir razılaşma layihəsini təqdim edib. Bu sənəd Kaledoniya sakinlərinin Yeni Kaledoniyanın Fransanın bir hissəsi olaraq qalmasını istədiklərini ifadə etmələri ilə başlayır. Kaledoniya tarixçisi Jose Barbanson Kaledoniya xalqının kanak xalqı olmadan mövcud olmadığını söyləyirdi.     

Fransanın Yeni Kaledoniyada keçirdiyi sonuncu referendum BMT tərəfindən qəbul olunmayıb. Bu, Yeni Kaledoniyanın dekolonizasiya olunmalı olan ərazilər siyahısından çıxarılması üçün Fransanın bir bəhanəsi olub. Həmçinin, Fransanın davranışları Numea sazişini konstitusiya dəyərindən məhrum edərək, onu əvəz etmək məqsədi daşıyır.

"Respublika".