Dağa qalxan 4 alpinist itkin düşüb
Dünya xəbərləri

Dağa qalxan 4 alpinist itkin düşüb

Qırğızıstanla Çin arasında yerləşən Mərkəzi Asiyanın ən böyük zirvələrindən biri olan Pobeda dağına çıxan 4 alpinist yoxa çıxıb.

"Respublika" Qırğızıstan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 3-ü rus, 1-i litvalı olmaqla 4 alpinistdən xəbər alına bilmədiyi üçün axtarış-xilasetmə işlərinin başlandığı bildirilib.

Açıqlamaya görə, alpinistlər sonuncu dəfə iyulun 19-da 6 min 900 metr hündürlükdən əlaqə saxlanılıb. Bildirilib ki, 24 iyulda turistlərə kömək üçün peyk telefonu ilə Litva vətəndaşından koordinatlar gəlib. İyulun 24-26-da alpinistlərin müqavilə bağladığı şirkət alınan koordinatlar əsasında helikopterlə axtarış-xilasetmə əməliyyatı həyata keçirsələr də, heç bir nəticə alınmadığı bildirilib. 

Töhfə SƏMƏDOVA,

"Respublika".