DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BAYDENDƏN KONQRESƏ SİLAH QANUNLARIİLƏ BAĞLI ÇAĞIRIŞ

ABŞ prezidenti Cozef Bayden Alabama Kentukki ştatlarında baş verən atışmalardan sonra KonqresiSilah qanunlarıilə bağlı tədbir görməyə çağırıb. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Evin mətbuat xidməti məlumat yayıb.

 “Silahlar Amerikada uşaqların əsas qatilidir onların sayı azalmır, əksinə artır. Bu, hədsiz qəbuledilməzdir. Amerikalılar qanunvericilərin silahlanma ilə bağlı sağlam düşüncə ilə hərəkət etmələrini istəyirlər”, - deyə Cozef Bayden vurğulayıb.

Bununla yanaşı, silahlarla bağlı həyatları xilas edəcək federal qanunlar üzərində vicdanla işləməyə hazır olduğunu qeyd edən Cozef Bayden, Konqresi hərtərəfli cinayət hadisələrinin yoxlanılması, hücum silahlarının qadağan edilməsi yüksək təhlükəsizliklə bağlı məsələlərdə tədbir görməyə çağırıb.

Xatırladaq ki, bazar günü Alabama ştatının Deydvill şəhərində ad günü şənliyinin keçirildiyi yerdə baş verən hücumda 4 nəfərin həyatını itirdiyi, ən azı 20 nəfərin yaralandığı bildirilib. Kentukki ştatının Luisvil şəhərində isə ötən gecə parkda atəş açılması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

 

SÜLEYMAN SOYLU: TÜRKİYƏ DAĞLARINDA TERRORÇU QALMAYACAQ

Türkiyə dağlarında aprel ayının sonuna qədər terrorçu qalmayacaq. “Trendagentliyinin məlumatına görə, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Türkiyənin Kato dağının bir çox yerində baza əraziləri qurulub. İndi Kato Cudi dağında bir nəfər olsun terrorçu qalmayıb. Terrorçulardan təmizlənən Qabar dağında artıq neft hasil edilir. Terrorçuların zərərsizləşdirilməsində pilotsuz uçuş aparatlarının böyük rolu var”, - deyə nazir bəyan edib.

Xatırladaq ki, PKK ABŞ, Kanada, Avstraliya kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa İttifaqı 2004- ildə PKK- terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

 

G7” XİN BAŞÇILARI RUSİYAYA QARŞI SANKSİYALARI QÜVVƏDƏ SAXLAYIBLAR

G7” xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaları saxlamaq, habelə məhdudlaşdırıcı tədbirlərə əməl olunmasına nəzarəti gücləndirmək üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər. “Reportagentliyinin verdiyi xəbərə görə, onlar bu barədə Yaponiyada keçirilənG7” xarici işlər nazirlərinin görüşü çərçivəsində Ukrayna ətrafında vəziyyətə həsr olunmuş sessiyada bildiriblər.

Bəyanatda deyilir: “Böyük yeddilik Rusiyaya qarşı sərt sanksiyaları, eləcə Ukraynaya güclü dəstəyi davam etdirəcəyini təsdiqləyib”.

Eyni zamanda, diplomatlarsanksiyalardan yayınma ilə mübarizə üçüncü ölkələr tərəfindən Rusiyaya silah tədarükünə qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər”.

Bununla bağlı iclasa sədrlik edən Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi bildirib ki, bir sıra inkişaf etməkdə olan dövlətlər neytral mövqe tutaraq rəsmi Moskvaya qarşı sanksiya siyasətinə qoşulmurlar.

G7” xarici işlər nazirləri həmçinin Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını da pisləyib. Yosimasa Hayasi, bununla əlaqədar olaraq bu qərarın vəziyyətin daha da gərginləşməsinə səbəb olacağı fikrini ifadə edib.

 

GƏLƏN İLDƏNKIZILELMAnın KÜTLƏVİ İSTEHSALI PLANLAŞDIRILIR

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olanBayraktar Kızılelmanın gələn il kütləvi istehsalına başlanılması planlaşdırılır. Bu barədəSputnikinfomasiya agentliyi Türkiyə mətbuatına istinadən məlumat yayıb.

Verilən xəbərə görə, “Baykarşirkə

tinin ərsəyə gətirdiyiBayraktar Kızılelmanın dördüncü sınaq uçuşu ilə sistem tanıma testi artıq uğurla başa çatıb.

İndiyə qədər iki prototipi hazırlananKızılelmanın təkmilləşdirilməsi istiqamətində fəaliyyət davam etdirilir.

Eyni zamanda, bildirilir ki, “Bayraktar Kızılelmanın dünyanın ilk silahlı pilotsuz hava aparatları gəmisi olanTCG Anadoludan 2025-ci ildə uçuş testlərinə başlayacağı gözlənilir.

Məlumat üçün qeyd edək ki, “Bayraktar Kızılelmanın ilk uçuşu 14 dekabr 2022-ci ildə olub.

 

UKRAYNANIN MÜDAFİƏNAZİRİ İFADƏSİNƏ GÖRƏ TÜRKİYƏDƏN ÜZR İSTƏYİB

Ukraynanın müdafiə naziri Aleksey Reznikov ölkəsindəki müharibədə həlak olanların sayı ilə Türkiyədə dağıdıcı zəlzələdə ölənlərin sayını müqayisə etdiyi fikirlərinə görə rəsmi Ankaradan üzr istəyib. “Reportagentliyinin xəbərinə görə, bu barədə nazir özününTwitterhesabında yazıb.

Biz minlərlə günahsız insanı dəfn etməyin olduğunu başa düşürük. Ukraynada Türkiyədə olan hər kəsdən səmimi qəlbdən üzr istəyirəm”, -  deyə o bildirib.

Müdafiə naziri həmçinin müharibənin ilk günündən Ukraynaya verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.

Qeyd edək ki, O.Reznikov İspaniyanınLa Razonnəşrinə müsahibəsində qeyd edib ki, müharibədə həlak olan ukraynalı hərbçilərin sayı Türkiyədəki zəlzələdə ölənlərin sayından azdır.

Xatırladaq ki, bu il fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində 50 mindən çox insan həlak olub.

 

böyük BRİTANİYA KRALININ ŞƏXSİ SƏRVƏTİ mƏlum olub

Böyük Britaniya kralı III Çarlzın şəxsi sərvəti 600 milyon funt-sterlinqə çatıb. “Teleqraf.comun verdiyi xəbərə görə, onun sərvəti anası Kraliça II Elizabetin sərvətini üstələyib.

Məlumata əsasən, kralın gəlirləri Kornuol hersoqluğunun uğurlu idarəçiliyi sayəsində belə əhəmiyyətli nəticə əldə edə bilib.

III Çarlz hələ Uels şahzadəsi ikən 2011-2022-ci illərdə hersoqluğun gəlirini 42,6 faiz artıraraq ildə 25,4 milyon funt-sterlinqə  çatdırıb. Ölkə daxilində hersoqluğa daxil olan 130 min akr ərazinin, habelə Londondakı 260 fermanın bir stadionun ümumi dəyəri demək olar ki, 50 faiz artaraq 1,04 milyard funt-sterlinqə çatıb.

Verilən xəbərə görə, təkcə 2012-ci ildən 2022-ci ilə qədər əlahəzrət qraflığa sahib olmaqdan 212,7 milyon funt-sterlinq məbləğində gəlir əldə edib könüllü olaraq ondan tələb olunmayan gəlir vergisini ödəyib.

Bununla yanaşı, qeyd edilir ki, 74 yaşlı monarx həm qənaətcilliyi ilə tanınır. Belə ki, o, tez-tez uzun illər əvvəl aldığı kostyumları geyinir elektrik enerjisinə qənaət etməkdə çox diqqətlidir.

 

SİLVİO BERLUSKONİ REANİMASİYADAN PALATAYA KÖÇÜRÜLÜB

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni reanimasiyadan adi palataya köçürülüb. “Trendin xəbərinə görə, bu barədə keçmiş baş nazirin qardaşı Paolo BerluskoniCorriere della Seraqəzetinə bildirib.

Hər şey yaxşıdır, o, daha intensiv te

rapiya şöbəsində deyil”, - deyə P.Berluskoni vurğulayıb.

Verilən xəbərə görə, xəstəxana bu məlumatı şərh etməkdən imtina edərək 86 yaşlı Silvio Berluskoninin vəziyyəti ilə bağlı daha bir bülleten dərc edəcəklərini açıqlayıblar.

Eyni zamanda, İtaliyanın infrastruktur nəqliyyat naziri Matteo Salvini sosial şəbəkəsindəUğurlar, Silvio, dostumyazaraq, paylaşıma keçmiş baş nazirin vəziyyəti ilə bağlı qəzetin xəbərini əlavə edib.

Qeyd edək ki, Silvio Berluskoni aprelin 5- leykoz ağciyər infeksiyası diaqnozu ilə MilanınSan Raffaelexəstəxanasına yerləşdirilib. Onun müalicə kursunun yaxşı getdiyi bildirilir. Keçmiş baş nazir orada kimyaterapiya kursuna da başlayıb.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.