Bu gün Beynəlxalq Əqli Mülkiyyət Günüdür
Digər xəbərlər

Bu gün Beynəlxalq Əqli Mülkiyyət Günüdür

26 Aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür. 2000-ci ildən başlayaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə aprel ayının 26- dünyada "Beynəlxalq Əqli Mülkiyyət Günü" kimi qeyd edilir.

Əqli mülkiyyətin qorunması və bunun üçün qanuni bazanın yaradılması cəmiyyətin zəruri sosial tələbi olub, qədim tarixə malikdir. Bu əlamətdar günlə bağlı keçirilən tədbir, görüş, dəyirmi masa, konfrans simpoziumların əsas məqsədi əqli mülkiyyətin, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək verməkdən, əqli mülkiyyətin kreativlik yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini qabarıq şəkildə göstərməkdən ibarətdir. Hələ qədim dövrlərdən yazıçı şairlər öz əsərlərinin başqası tərəfindən mənimsənilməsinin qarşısını almağın yollarını axtarırdılar. Bəşəriyyətin sonrakı inkişaf mərhələlərində baş vermiş bütün innovativ yeniliklər, ideya, ixtira kəşflər yaradıcı əməyin məhsulu kimi intellekt sahibinin adına nüfuz gətirib.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası dövründə, əqli mülkiyyətin qorunması inkişafına diqqət xüsusilə artırılmışdır. Ulu öndər dünyanın çox böyük dəyər verdiyi, nüfuzlu fəaliyyət sahələrindən hesab olunan əqli mülkiyyət sisteminin yaranmasında inkişafının bugünkü səviyyəsinə çatmasında uzaqgörənlik nümayiş etdirərək bu sahəyə xüsusi qayğı diqqət göstərmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1996- ildə "Müəlliflik hüququ əlaqəli hüquqlar haqqında", 1997-ci ildə "Patent haqqında", 1998-ci ildə "Əmtəə nişanları coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, ölkəmiz 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya Avrasiya Patent Konvensiyasına qoşulmuş, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri qurulmuşdur. Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bütün bunların əyani sübutudur. Sürətlə dəyişən dünyada Azərbaycan getdikcə öz mövqelərini möhkəmləndirir layiqli yerini tutur. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun da dediyi kimi, "Ümummilli lider Heydər Əliyev Azərbaycanın müəllif-hüquq sisteminin yaradıcısı əqli mülkiyyət sahəsinin inkişafında müstəsna xidmətləri olan şəxsiyyətdir".

"Davamlı inkişafın Azərbaycan modeli" bir sıra vacib amilləri, o cümlədən biliklərə əsaslanan tərəqqini, informasiya-kommunikasiya texnologiyaları əqli mülkiyyətin prioritetliyini özündə cəmləşdirir.

Prezident İlham Əliyevin 2016- il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində əqli mülkiyyətin, kreativ sənayenin inkişaf etdirilməsi kimi məsələlər öz əksini tapıb. Prezident İlham Əliyev 2014- il mayın 14- Dünya Əqli Mülkiyyət Təşkilatının baş katibi Frensis Qarrini qəbul etmiş, Bakının gündən-günə inkişaf etdiyini, siyasi, iqtisadi digər mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrildiyini vurğulamışdır. Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Dünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Prezidenti əqli mülkiyyətin, innovativ sənayenin inkişaf etdirilməsi kimi məsələləri hər zaman ön plana çəkmişdir.

Nəzrin CAVADZADƏ,

"Respublika".