Bu gündən Cənubi koreyalılar 1-2 yaş “cavanlaşırlar”
Dünya xəbərləri

Bu gündən Cənubi koreyalılar 1-2 yaş “cavanlaşırlar”

İyunun 28-də Cənubi Koreyada ölkədə yaşın hesablanması üçün beynəlxalq sistemlə eyni qaydalar tətbiq edən qanun rəsmi olaraq qüvvəyə minir, beləliklə, “Koreya yanaşması” ləğv edilir.

Bununla da Cənubi koreyalılar indiyə qədər düşündüklərindən bir və ya iki il cavanlaşacaqlar.

Bu günədək Cənubi Koreyada gündəlik həyatda və tez-tez rəsmi sənədlərdə “Koreya üsulu” adlanan yaş hesablanmasından istifadə edilirdi.

Bu üsulundan istifadə edərkən, bir insan artıq doğumda bir il tamam olur - hamiləlik nəzərə alınır. Bundan əlavə, o, ad günündə deyil, yeni təqvim ilinin əvvəlində qocalır. Bu yanaşmaya görə dekabrın 31-də doğulan körpənin artıq yanvarın 1-də iki yaşı olduğuna inanılır. Baxmayaraq ki, əslində müxtəlif ölkələrdə doğulan uşaqlarla onlar cəmi bir gün fərqi ilə yaşıddırlar.

Qanunlara edilən dəyişikliklər yaşın hesablanmasında müxtəlif üsulların paralel tətbiqi nəticəsində inzibati-hüquqi sahədə çaşqınlığı minimuma endirmək üçün nəzərdə tutulub. "Beynəlxalq sistemin tətbiqi ilə təmin edilən vahidlik müxtəlif üsullardan istifadə nəticəsində yaranan lazımsız ictimai mübahisələrin sayını azaldacaq", - deyə dövlət hüquq naziri Li Van Gyu bildirib.

Ənənəvi və beynəlxalq metodların paralel tətbiqi əmək mübahisələrinə, sənədlərin hazırlanmasında və müqavilələrin bağlanmasında anlaşılmazlıqlara səbəb olub. İndi bəzi istisnalarla beynəlxalq yanaşmanın tətbiqi nəzərdə tutulacaq. Eyni zamanda, hakimiyyət məktəbə daxil olma yaşı, orduya çağırış, tütün və spirtli içkilərin alınmasına qoyulan məhdudiyyətlərlə bağlı köhnə qaydaları saxlamaq qərarına gəlib. Bu hallarda qarışıq sistemin istifadəsi davam edir.

Koreya Respublikasının Parlamenti müvafiq düzəlişlərə hələ dekabr ayında səs verib, bu dəyişikliklər hazırkı prezident Yun Sok Yolun seçki kampaniyasının bir hissəsi idi.