Bu il 1115 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub
Sosial həyat

Bu il 1115 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub

Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 1115 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin şəxslər təlim kurslarına cəlb edilib və onlara kiçik biznesin təşkili üzrə zəruri bilik və bacarıqlar öyrədilib. Kursları uğurla başa vuran şəxslər seçdikləri iqtisadi fəaliyyət növləri üzrə aktivlərlə  təmin ediliblər. Qeyd edək ki, proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən kateqoriyalardan biri də əlilliyi olan şəxslərdir.

"Respublika".