Digər xəbərlər

"Çağdaş təbabət: Yeniliklər və müasir yanaşmalar"

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı Bakı Sağlamlıq Mərkəzinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Çağdaş təbabət: Yeniliklər müasir yanaşmalar" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.

Bu barədə verilən məlumata görə, konfransın açılış mərasimində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfədən danışıb: "Heydər Əliyevin Azərbaycan xalqına xidmətlərinin ən bariz nümunələrindən biri kimi, əhalinin sağlamlığının mühafizəsinə, sağlam gələcəyinin təmin edilməsinə göstərdiyi diqqət qayğıdır. Onun bu sahədə fəaliyyəti çoxşaxəli olub. Ulu Öndərin səhiyyə sahəsinə diqqəti onun inkişafı üçün gördüyü işlər Azərbaycanı qısa bir zamanda beynəlxalq arenada qabaqcıl mövqelərə çıxarıb. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl məqsədyönlü işlər görüldü, islahatlar aparıldı.

Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Əziz Əliyev xatırladıb ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Filialın yaradılması Mehriban xanımın səhiyyə sahəsinə göstərdiyi diqqət qayğının bariz nümunəsidir. Onun dəstəyi nəticəsində filialın klinik bazalarına Azərbaycan klinikaları, o cümlədən Bakı Sağlamlıq Mərkəzi daxil edilib. Tələbələrə təbabət sahəsində dünya standartlarına uyğun dərslər keçirilir.

Mən özüm təhsilimi bitirdikdən sonra Nyu-Yorkun Sloan Kattering Xərçəng Mərkəzində Avstriyanın Barmherzigerschüester klinikasında cərrah onkoloq kimi çalışmışam. Hazırda 10 ildən çox Milli Onkologiya Mərkəzinin baş-boyun cərrahiyyə şöbəsində fəaliyyət göstərirəm.

Rektor hazırda universitetdə 700-dən çox tələbənin təhsil aldığını bildirib: "Filialın ilk buraxılışı 2021-ci ildə olub hər il filialı 125 məzun bitirir".

Konfrans işini iyunun 23- bitirəcək.

M.KAMAL,

Respublika”.