Cənub-Şərqi Asiyada isti dalğası nəticəsində məktəblər bağlanıb
Dünya xəbərləri

Cənub-Şərqi Asiyada isti dalğası nəticəsində məktəblər bağlanıb

Cənub-Şərqi Asiyadakı səlahiyyətlilər, dağıdıcı və ölümcül isti dalğası üçün bir sıra sağlamlıq xəbərdarlığı edib. Filippində isə məktəblər bağlanıb və elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi barədə xəbərdarlıq edilib.

"Respublika" "Reuters"ə istinadən xəbər verir ki, Filippin təhsil departamenti dövlət məktəblərində iki gün ərzində əyani dərsləri ləğv edib.

Növbəti üç gündə Filippində temperaturun 37 dərəcə Selsiyə (98,6 dərəcə Fahrenheit) çatacağı gözlənilir. Bir çox sinif otaqlarının sıx olması və kondisionerlərin olmaması bu qərara təkan verib.

Töhfə SƏMƏDOVA,

"Respublika".