Tramp: “Ukraynadakı müharibəni 1 günə sonlandıra bilərəm”
Dünya xəbərləri

Tramp: “Ukraynadakı müharibəni 1 günə sonlandıra bilərəm”

Birləşmiş Ştatların 45-ci prezidenti Donald Tramp özünü üçüncü dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs adlandırıb. 

"Respublika" xəbər verir ki, Ayova ştatındakı mitinqdə çıxış edən sabiq Ağ Ev rəhbəri hazırda dünyanın genişmiqyaslı müharibənin astanasında olduğunu deyib. Tramp üçüncü dünya müharibəsinin qarşısını ala biləcək yeganə namizədin özü olduğunu bildirib. 
Donald Tramp, həmçinin bir daha bəyan edib ki, gələn  il keçiriləcək prezident seçkilərində qalib gəlsə,  Ukraynadakı müharibəyə 24 saat ərzində son qoyacaq. Bununla belə, sabiq dövlət başçısı sülhə necə nail olacağına dair fikirlərini açıqlamayıb. 

Jalə QASIMZADƏ, 

"Respublika".