Cənubi Qafqaz: ölkəmizin qətiyyətli, sülhsevər mövqeyi
Siyasət

Cənubi Qafqaz: ölkəmizin qətiyyətli, sülhsevər mövqeyi

Qlobal güclərin geosiyasi maraqları regionda sabitliyə təhdid yaradır

Cənubi Qafqaz qlobal geosiyasət üçün aktual məkan olaraq qalır. Hətta böyük dövlətlərin regionda fəallığını daha da artırması fonunda meydana yeni çalarların çıxdığını müşahidə edirik. Ekspertlər maraqlı məqamlara diqqət çəkərək qeyd edirlər ki, Cənubi Qafqazda ABŞ, Rusiya Avropa İttifaqı, Fransa, İran fəallaşmaqla yanaşı, həm fəaliyyətlərini rəqiblərin atdığı addımlara uyğunlaşdırırlar. Bu o deməkdir ki, onların hər biri ancaq öz marağını gözləyir, başqa dövlətlərin təsir gücünü zəiflətməyə çalışır. Nəticədə, sabitliyə təhlükə getdikcə artır.

Yaranan situasiya isə regional təhlükəsizliyə ciddi təhdiddir. Daha təhlükəli bir məqam da var. Bu, bəzi geosiyasi güclərin region dövlətlərinə qarşı heç birmənalı qiymətləndirilməyən mövqe nümayişi ilə bağlıdır. Onlar Ermənistanın təcavüzkarlığına müxtəlif bəhanələrlə haqq qazandırmaq niyyətlərindən hələ əl çəkməyiblər. Bundan başqa, insan haqları, söz azadlığı, demokratiya kimi təmtəraqlı ibarələri yalnız təcavüzkar Ermənistana aid etməyə çalışırlar. Əlbəttə, bu vəziyyət uzun müddət davam edə bilməz. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsi barədə mətbuata bəyanatında qeyd edib: "Biz normallaşma əzmindəyik İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur".

Azərbaycan müstəqil xarici siyasətində kimsəyə güzəştə getmək niyyətində deyil, əksinə, gələcəyə yönəlik maraqlarına doğru yalnız öz plan proqramları üzrə hərəkət etməkdə qərarlıdır. Ermənistanın onilliklər boyu törətdiyi hərbi cinayətlərə, təxribatlara görə mütləq cavab verməli olacağı, beynəlxalq səviyyədə yalan üzərində qurulan erməni təbliğatının da iflasa uğradılacağı qətiyyən şübhə doğurmur. Azərbaycan Cənubi Qafqazın lider dövləti bu regionda məhz rəsmi Bakının siyasi iradəsinin qətiyyətli söz sahibi olduğunu artıq hər kəsə sübut edib. İndi Cənubi Qafqazın geopolitik məsuliyyəti bütövlükdə Azərbaycanın üzərindədir. Təbii ki, bu regionun inkişafına mane olan müəyyən əngəllər var. Xüsusilə , Cənubi Qafqazda erməni separatizmi terrorizmi əsas problemlərin sırasında ön planda yer alır. Çünki məhz erməni separatizmi terrorizmi regionda hərbi-siyasi gərginliyə səbəb olur.

Cənubi Qafqazda geosiyasi rəqabət yeni impuls qazanıb. Co Bayden Administrasiyasının Vladimir Putinlə münasibətlərinin kəskinləşməsinin nümunələri postsovet məkanında da özünü göstərməkdədir. Rusiyanın bu coğrafiyada iddialı çıxışına qarşı Amerika müəyyən həmlələr edib belə görünür ki, buna davam edəcək. Azərbaycan Müdafiə Nazirliyinin 30 mart 2023- ildə verdiyi məlumatda Fransa İran Ermənistanın 2 əsas müttəfiqi kimi qeyd olunur. Regionda mövcud reallıqları, gedən prosesləri təhlil edən politoloqların qənaətinə görə, Cənubi Qafqazda strategiyalarını Ermənistanın istəkləri üzərində quran İran Fransanın maraqları bir sıra regional məsələlərində üst-üstə düşür. Bu da Fransa İran cütlüyünün bağlı qapılar arxasında Cənubi Qafqaz strategiyalarını koordinasiya edib- etmədiyi barədə suallar yaradır. Bəllidir ki, istər Fransa, istərsə İran Türkiyənin Cənubi Qafqazda təsirlərinin artmasından çox ciddi narahatdır. Türkiyə isə son illərdə həm Azərbaycan, həm Gürcüstanda siyasi iqtisadi cəhətdən dayaqlarını möhkəmləndirə bilib. İrəvan Ankara arasında münasibətlərin normallaşdığı təqdirdə, Türkiyənin iqtisadi cəhətdən Ermənistanda da güclənməsi qaçılmaz olacaq. Bunu Tehran, Paris istəmir. Yəni Türkiyə kontekstində İran Fransanın maraqları kəsişir.

Xarici işlər nazirləri arasında baş tutmuş son telefon danışıqları zamanı ölkələrimiz arasındakı vəziyyətə dair ətraflı fikir mübadiləsi aparıldığını bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 10 aprel tarixli şərhi barədə deyib ki, Azərbaycan tərəfi bu danışıqları müsbət qiymətləndirir məsləhətləşmələrin davam etdirilməsini vacib hesab edir. Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən İran ilə hər zaman münasibətlərin inkişafında maraqlı olub. Dövlətlərin ərazi bütövlüyü suverenliyinə qarşılıqlı əsasda hörmət Azərbaycan Respublikasının xarici siyasətinin dəyişməz prioritetidir. Bu xüsusda, Azərbaycan tərəfi ölkəmizin milli mənafeyi milli təhlükəsizliyinin təmin olunması üçün səylərini davam etdirir. Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Azərbaycan çağırış edib. Fransa Respublikası Senatının Milli Assambleyasının, eləcə bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob islamofob fəaliyyətinə, ümumiyyətlə, Fransanın beynəlxalq hüquq normalarına prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə suverenliyinə qarşı qərəzli fəaliyyətinin intensivləşməsinə etiraz bildirilir.

Rusiyanın regiona təsirlərinin azalması fonunda ABŞ Cənubi Qafqaza diqqətini artırıb. Fərqli səbəblərə görə İran, Fransa Vaşinqtonun Ermənistanda aparıcı güc olmasını istəmir. Fransa Rusiyanın zəifləməsindən sonra Ermənistanın himayədarı olmaqda maraqlı görünür, ona görə ABŞ-ın bu ölkədə təsirlərini artırmasına qarşıdır. Azərbaycanı bölgəyə qeyri-region ölkələrini gətirməkdə ittiham edən təhdid dilində danışan İran rəhbərliyinin Fransanın Ermənistandakı aktivliyinə reaksiyası isə formal xarakter daşıyır. Fransanın təşəbbüsü ilə Avropa İttifaqının Ermənistan sərhədlərinə monitorinq missiyası göndərməsinin İranı ciddi şəkildə narahat etməməsi diqqət çəkir. Ortaq maraq təhdidlər əməkdaşlıqların yaranmasının əsas səbəbidir.

Görünən odur ki, ölkəmizə qarşı qərəzli yanaşmalar hələ mövcuddur. Prezident İlham Əliyevin diplomatik peşəkarlığı sayəsində Azərbaycan öz yeni tarixində siyasi iqtisadi uğurlar qazanmış, ölkəmiz Qarabağ problemini birdəfəlik həll etmiş, ağır müharibədə böyük qələbə qazanmışdır. Bununla belə, ölkəmizin nüfuzu Azərbaycanı etibarlı tərəfdaşa regional proseslərdə söz sahibinə çevirmişdir. Bütün bunlar son illər yaradılan siyasi reallıqdan irəli gəlir. Təbii ki, bu durumda Ermənistan əvvəlki kimi, Azərbaycana qarşı açıq ərazi iddiaları irəli sürə bilmir, lakin qeyri-konstruktiv davranaraq bölgəmizdə sülh əmin-amanlığın yaradılmasına mane olur, prosesləri yubatmaq üçün müxtəlif cəhdlər edir. Sözsüz ki, ermənilərin bu taktikasının da perspektivi yoxdur, çünki Azərbaycanın siyasi, iqtisadi, demoqrafik hərbi potensialı getdikcə artır. Erməni cəmiyyətinin daxilində bunu dərk edən təbəqə var. Təəssüf ki, bəzi dövlətlər erməni tərəfinə yersiz ümidlər verməklə, onları himayə etməklə prosesin qarşısını almağa çalışırlar. Lakin belə cəhdlər ilə prosesi dayandırmaq artıq mümkün deyil.

Bu gün Azərbaycanın yaratdığı yeni reallıqlar regionun sabitliyi naminə hər kəs tərəfindən qəbul edilməlidir. Bunun üçün Ali Baş Komandan tərəfindən irəli sürülmüş konkret tələblər isə tarixi siyasi əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqazın yeni konfiqurasiyasını bilavasitə müəyyənləşdirməyə xidmət edir. Ölkəmizin açıq bəyan edilmiş beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib.

Mustafa KAMAL,

"Respublika".