Çində daşqınlar və torpaq sürüşmələri davam edir
Dünya xəbərləri

Çində daşqınlar və torpaq sürüşmələri davam edir

Çində leysan yağışlar səbəbilə sel və torpaq sürüşmələri baş verib. Təbii fəlakətlər nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər isə itkin düşüb. 

"Respublika" xarici KİV-ə istinadən xəbər verir ki, Çinin cənub bölgələrində 3 gündür davam edən güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.

Səlahiyyətlilərin verdiyi açıqlamada ölkənin cənubundakı Şaoquan, Quançjou, Heyuan, Zhaoqing, Qingyuan, Meizhou və Huizhou şəhərlərində yaşayan ən az 82 min 500 nəfərin təxliyə edildiyi bildirilib. Həmçinin, şiddətli yağışların təsirinə məruz qalan bölgələrə təxminən 19,4 milyon dollar ziyan dəydiyi bildirilib.