Pakistanda leysan yağışları nəticəsində 30 nəfər ölüb
Dünya xəbərləri

Pakistanda leysan yağışları nəticəsində 30 nəfər ölüb

Pakistanda son 48 saat ərzində yağışla bağlı insidentlər nəticəsində ən azı 30 nəfər ölüb, bir neçə nəfər yaralanıb. 

"Respublika" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Bildirilib ki, Bəlucistan əyalətində səkkiz nəfər, Xeyber-Paxtunxva əyalətinin şimal-qərbində isə azı beş nəfər həlak olub, ondan çox insan yaralanıb. Ölənlər arasında uşaqlar da var. 

Hakimiyyət orqanları vətəndaşları və turistləri təbii fəlakətin təsirinə məruz qalmış bölgələrə səyahətlərdən çəkinməyə çağırıb. Yaranmış vəziyyətlə əlaqədar xilasetmə və yardım əməliyyatları davam edir. 

Jalə QASIMZADƏ, 
“Respublika”.