Çində güclü tornado baş verib
Dünya xəbərləri

Çində güclü tornado baş verib

Çinin Yançen əyalətinin Szyansu şəhərində güclü tornado baş verib.

"Respublika" xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayııb.

Bildirilib ki, təbii fəlakət nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb. Həmçinin 283 ev dağılıb.

Hazırda yerli hökumət zərərlə üzləşən sakinlərin köçürülməsi və onlara köməklik göstərilməsi üzərində işlər aparırlar.

Qorxunc tornadonun görüntüləri sosial şəbəkələrdə gündəm olub.

Nəzrin ELDARQIZI,

"Respublika".