Rusiyada təlim təyyarəsi qəzaya uğrayıb
Dünya xəbərləri

Rusiyada təlim təyyarəsi qəzaya uğrayıb

Rusiyada  L-39 təlim təyyarəsi radio qüllə ilə toqquşub.

"Respublika" bunu Rusiyanın Müdafiə Nazirliyinin verdiyi məlumata istinadən bildirib.

Nazirlik ölən şəxsin adını qeyd etməsə də, Rusiya KİV-ləri həmin adamın aviasiya bazasının komandiri polkovnik Vadim Qurov olduğunu qeyd ediblər.

Qeyd olunub ki, qəza nəticəsində daha bir ekipaj üzvü yaralanıb.

Tacir SADIQOV,

"Respublika".