Ərdoğan:
Dünya xəbərləri

Ərdoğan: "Biz ölkəmizi enerji bazasına çeviririk"

"Təbii qaz üçün bir mərkəz yaratmaq planımız var. Bunu təkcə təbii qaz üçün deyil, enerji və mədənçilik üçün də planlaşdırırıq. Geniş hədəfləri olan bir mərkəz yaratmaq istəyirik".

"Respublika" "TRT Haber"-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bir günlük iş səfəri çərçivəsində getdiyi Rusiyadan qayıdarkən təyyarədə qiymətləndirmələr aparıb və jurnalistlərin suallarını cavablandırıb.

O açıqlamasında bunları deyib: "Hörmətli mətbuat nümayəndələri, sizi ən səmimi hisslərimlə salamlayıram. Rusiya Prezidenti, əziz dostum cənab Putinin dəvəti ilə Soçiyə səfərimizi başa vurduq. Görüşlərimizdə Rusiya ilə ikitərəfli münasibətlərimizi, regional və qlobal hadisələri ətraflı müzakirə etdik, qarşıdakı dövrlə bağlı fikir mübadiləsi apardıq. Hazırda 69 milyard dollar olan ticarət həcmimizdəki artımı davam etdirmək istəyirik. Birgə səylərimizlə hədəfimiz 100 milyard dollara çatmaqdır.

İstər nümayəndə heyətləri arasında keçirilən görüşdə, istərsə də ikitərəfli şam yeməyində bu istiqamətdə iqtisadi əlaqələrimizin bütün aspektlərini müzakirə etdik. Qarşılıqlı hörmət əsasında qurduğumuz institutlararası dialoqun faydalarını istər ikitərəfli münasibətlərimizdə, istərsə də regional və qlobal səviyyədə gördük".

Nurcan SÜLEYMANOVA

"Respublika"